Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Bəstəkarlar İttifaqı öz yubileyinə hazırlaşır
Bu çərçivədə fortepiano müsabiqəsinə start verildi
Şənbə, 12.12.2009

Z.Rüstəm mətn ölçüsü  

Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq, bu ilin iyun ayında tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə elan etdiyi müsabiqənin ilk turuna start verilib. Bakı və Sumqayıt şəhərinin uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin tələbələrinin iştirak etdiyi müsabiqənin ilk turu dekabrın 15-dən 18-dək keçiriləcək.

Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yenilənməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə, yaşı 18-dən böyük olmayan (1991-ci il doğumlu) ifaçılar arasındakı müsabiqə 3 mərhələdən ibarət olacaq.

Bəstəkarlar İttifaqı mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun qəzetimizə bildirdiyinə görə, müsabiqənin münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.

Bu müsabiqənin nəticələri üzrə xüsusi disk buraxılışı nəzərdə tutulub. Topluya müsabiqə qaliblərinin, habelə II mərhələdə fərqlənən iştirakçıların ifasında Azər Dadaşovun fortepiano pyesləri yazılacaq.

Mətbuat əlaqələndiricisi qurumun digər xəbəri barədə də danışıb. O bildirib ki, ötən gün Bəstəkarlar İttifaqının konfrans zalında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən dəyirmi masa keçirilib. Respublikanın tanınmış musiqi xadimlərinin iştirak etdiyi tədbirdə ümummilli liderin Azərbaycan musiqi mədəniyyətinin inkişafında gördüyü işlərdən söhbət açılıb. Heydər Əliyevlə bağlı xatirələr dinlənib və ona hərs olunan musiqilər səsləndirilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

IV Respublika qiraət müsabiqəsi keçiriləcək

Səttar Bəhlulzadənin yubileyinə - müsabiqə

"Məndə sığar iki cahan" adlı internet rəsm müsabiqəsi keçirilir

"Bakı gecələri"nin final mərhələsi

Səttar Bəhlulzadənin yubileyinə müsabiqə

Bölmənin digər xəbərləri
 
"Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalı başladı
Sərgidə 20-dən çox ölkənin tanınmış sənət adamları iştirak edəcək

Rəssamlarımızın əl işləri ABŞ səfirliyinin iqamətgahında sərgilənəcək
Bakıda "Amerika mənim baxışımdır" mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş ediləcək.

"Almaniyanın romantik şəhərləri"
Bu adda sərgi keçiriləcək

Maqsud Şeyxzadənin 100 yaşı var
Azərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.

Gələn həftə - Türk Film Həftəsi
17-19 dekabr tarixlərində Bakıda Türk Film Həftəsi keçiriləcək.

Xaqani xatırlanır
İSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək.

"Natiq" ritm qrupundan konsert proqramı
Dekabrın 15-də Caz Mərkəzində "Natiq" ritm qrupunun konsert proqramı təqdim ediləcək.

Bakı Musiqi Akademiyasında yubiley konserti
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının növbəti yubileyi keçirilib.

Müğənni Lalə Məmmədova: "Bu gün bir çox müğənnilərin konsert biletləri, sadəcə, paylanır"
Özü isə ucuz yollara getmir və heç kəsin yanında başı aşağı deyil

Ədiblər dövlətdən heç nə istəməyəcəklər
İstəkləri odur ki, torpaqlarımız işğaldan qurtulsun və inkişaf edək

"SMS"siz aşıq müsabiqəsi
Bu telelayihə gələn il olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər