Bakıda "Amerika mənim baxışımdır" mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş ediləcək.
Bunu bu ilin əvvəllərində keçirilən müsabiqə ilə bağlı Müasir İncəsənət Akademiyasının tələbə və müəllimlərinin şərəfinə təşkil olunan qəbulda ABŞ-ın Azərbaycan səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu bildirib. Donald Ru deyib ki, Azərbaycan rəssamlarının yeni istedadlı nəslini alqışlayır: "Bir amerikalı kimi bu rəsm və heykəltəraşlıq işləri məndə xoş hisslər yaradıb. Bu rəsm və heykəltəraşlıq işləri məni və səfirlikdə işləyən həmkarlarımı Azərbaycanla ABŞ arasında yeni körpülər, yeni əlaqələr yaratmaq baxımından güclü iş tempimizi davam etdirməyə ruhlandırdı.
|