Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
"Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalı başladı
"Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalı başladı
Sərgidə 20-dən çox ölkənin tanınmış sənət adamları iştirak edəcək
Şənbə, 12.12.2009

Z.Rüstəm mətn ölçüsü  

Ötən gündən start götürən "Alüminium" IV Beynəlxalq Müasir İncəsənət Biennalı ilə bağlı Bakı Muzey Mərkəzində mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri, biennalın direktoru Leyla Axundzadə tədbirlər planından söz açaraq, sərginin dekabrın 18-nə kimi davam edəcəyini bildirdi. Xatırlatdı ki, hər iki ildən bir ənənəvi olaraq təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində müasir incəsənət sahəsində baş verən əsas prosesləri tamaşaçılara təqdim etmək və Azərbaycanda müasir incəsənət növlərinin inkişaf səviyyəsinin və bu sahədə çalışan rəssamların yaradıcılığının təbliğindən ibarətdir: "Biennal artıq dördüncü dəfə təşkil olunur. Bu il təşkil olunan silsilə sərgilərdə 20 ölkədən 50-dək tanınmış müasir incəsənət ustaları, sənətşünaslar, kuratorlar iştirak edir. Bir həftə ərzində Bakı şəhərində, demək olar ki, bütün sərgi salonları və qalereyalarda müxtəlif müasir incəsənət sərgiləri təşkil ediləcək". Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov isə zaman keçdikcə gizli biliklərin insanlara daha çox məlum olduğunu söyləyib: "Yazıçılar, astroloqlar, filosoflar, geofiziklər müxtəlif mənbələrə istinad edir, müxtəlif arqumentlər gətirərək bizim şüurumuzu təkidlə 2012-ci il tarixinə fiksasiya edir. Bu gün texniki tərəqqi sanki heç bir sərhəd tanımır. Bizim start götürən tədbirimizdə bəzi məqamlar tamaşaçısını sözün yaxşı mənasında təəccübləndirə biləcək".

Sözünün davamında Ağəli İbrahimov Bakı biennalına Böyük Britaniya, Niderland, Finlandiya, Danimarka, Norveç, Fransa, ABŞ, Almaniya, İsveçrə, Sloveniya, Rusiya, Türkiyə, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Hindistan, Pakistan, Litva və Yaponiyadan 60-dan artıq iştirakçının qatıldığını açıqlayıb. Azərbaycandan isə tədbirdə 35 rəssam iştirak edir. İttifaq katibinin sözlərinə görə, biennal keçirilən ərəfədə müasir incəsənət problemlərinə həsr olunmuş "Çərçivələrdən kənar" adlı kitabın təqdimatı da keçiriləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müasir İncəsənət Mərkəzində gənc rəssamların sərgisi keçirilir

Rəssamlarımızın əl işləri ABŞ səfirliyinin iqamətgahında sərgilənəcək

Bölmənin digər xəbərləri
 
Rəssamlarımızın əl işləri ABŞ səfirliyinin iqamətgahında sərgilənəcək
Bakıda "Amerika mənim baxışımdır" mövzusunda keçirilən sərginin qaliblərinin işləri ABŞ səfirliyinin iqamətgahında nümayiş ediləcək.

"Almaniyanın romantik şəhərləri"
Bu adda sərgi keçiriləcək

Bəstəkarlar İttifaqı öz yubileyinə hazırlaşır
Bu çərçivədə fortepiano müsabiqəsinə start verildi

Maqsud Şeyxzadənin 100 yaşı var
Azərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Mahnı Teatrında özbək şairi və dramaturqu, mədəniyyət xadimi, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.

Gələn həftə - Türk Film Həftəsi
17-19 dekabr tarixlərində Bakıda Türk Film Həftəsi keçiriləcək.

Xaqani xatırlanır
İSESKO - Regional Mərkəzin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə dekabrın 11-də M.F.Axundov adına Milli Kitabxanada XII əsrin görkəmli Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin yaradıcılığına həsr edilən milli seminar keçiriləcək.

"Natiq" ritm qrupundan konsert proqramı
Dekabrın 15-də Caz Mərkəzində "Natiq" ritm qrupunun konsert proqramı təqdim ediləcək.

Bakı Musiqi Akademiyasında yubiley konserti
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının növbəti yubileyi keçirilib.

Müğənni Lalə Məmmədova: "Bu gün bir çox müğənnilərin konsert biletləri, sadəcə, paylanır"
Özü isə ucuz yollara getmir və heç kəsin yanında başı aşağı deyil

Ədiblər dövlətdən heç nə istəməyəcəklər
İstəkləri odur ki, torpaqlarımız işğaldan qurtulsun və inkişaf edək

"SMS"siz aşıq müsabiqəsi
Bu telelayihə gələn il olacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər