Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Uşaq intiharlarının sayı durmadan artır
Uşaq intiharlarının sayı durmadan artır
2009-cu ildə 29 uşaq canına qıyıb
Şənbə, 12.12.2009

Eldəniz mətn ölçüsü  

Son zamanlar Azərbaycanda intihar hallarının "cavanlaşması" prosesi gedir. 2009-cu ildə uşaqların intiharı ilə bağlı 29 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 30 faiz çoxdur. Bu fikirlər dünən Uşaq Hüquqları Klinikası və "Hüquq Dünyası Hüquqi Təbliğat" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Uşaqların intihar etməsinə səbəb olan hallar və mövcud durum" mövzusunda təşkil olunmuş "dəyirmi masa"da səslənib.

Daxili işlər, təhsil, səhiyyə nazirliklərinin, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə birlik sədri N.Quliyev bildirib ki, ölkədə intihar hallarının "cavanlaşması" prosesi gedir, 2009-cu ildə uşaqların intiharı ilə bağlı 29 fakt qeydə alınıb ki, bu da ötən illə müqayisədə 30 faiz çoxdur. Onun sözlərinə görə, bu rəqəm 18 yaşınadək olan şəxsləri ehtiva edir. Cari ildə uşaqların intiharı hallarının artdığını qeyd edən natiq bu rəqəmin 2008-ci ildə 20 nəfər olduğunu xatırladıb: "2009-cu ilin sentyabr ayında intihar edən uşaqların sayı 3, oktyabr ayında 2 və noyabr ayında 4 nəfər olmuşdur".

Uşaq intiharı ilə bağlı rəsmi statistik məlumatların əldə edilməsinin mümkünsüz olduğunu qeyd edən natiq səsləndirdiyi rəqəmlərin yalnız KİV-lərdə gündəlik gedən informasiyalardan əldə etdiyini qeyd edib. N.Quliyev intihar edən uşaqlarla bağlı əldə olunan məlumatların və bu sahədə aparılan araşdırmaların nəticələrinin BMT Uşaq Hüquqları Komitəsinə Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən hazırlanan alternativ hesabatda yer alacağını da bildirib.

Uşaq intiharının səbəblərini açıqlayan psixoloq Asəf Kərimov əsas səbəblər kimi uşaqların psixoloji durumu, uşaqların zorakılığa məruz qalması və valideynlər tərəfindən uşaqlara həssaslıqla yanaşılmadığını göstərir: "Araşdırmalar göstərir ki, hazırda uşaqların psixoloji xidmətlərdən istifadəsində bir çox problemlər mövcuddur. Eyni zamanda, valideyn-məktəb əməkdaşlığı çox zəifdir. Uşaqların mobil telefondan, internetdən və zorakılığı təbliğ edən oyunlardan istifadə etməsi onların psixoloji durumuna çox mənfi təsir göstərir". Psixoloq intihar hallarının azaldılması üçün geniş maarifləndirmə işi aparılmasına və uşaqlara göstərilən psixoloji yardımın gücləndirilməsinə böyük ehtiyac olduğunu deyir.

DİN Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin əməkdaşı Ruslan Rəsulbəyli bildirib ki, uşaq intiharları halları daha çox rayonlarda baş verir.

Ombudsman Aparatının əməkdaşı Zaur Zamanov isə intihar edən uşaqların çoxunun zorakılığa məruz qalanlar olduğunu diqqət mərkəzinə çatdırıb. Uşaqları intiharlardan çəkindirmək üçün istər orta məktəblərdə, istərsə də ailələrdə psixoloqdan bəhrələnməyin vacibliyini önə çəkən Z.Zamanovun fikrincə, məktəblərdə sosial işçilər institutunun formalaşdırılması uşaq intiharının azaldılmasına ciddi təsir edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aydın Rəcəbli isə intihar hallarının artmasının daha çox valideyn-uşaq münasibətləri ilə bağlılığını vurğulayıb. Azyaşlıların intihar hallarının aradan qaldırılması istiqamətində təkliflərini açıqlayan A.Rəcəbli bildirib ki, televiziyalarda uşaqları bu kimi hallara sövq edə biləcək süjetlər ya göstərilməməli, ya da gecə saatlarında göstərilməlidir.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova isə bildirib ki, intihar hallarına görə əsas risk qrupuna uğursuz ailələrdə olan uşaqlar daxildir. T.Şərifova eyni zamanda, intihar edən uşaqlar arasında nümunəvi uşaqların çoxluq təşkil etməsini bu kimi uşaqların özünə qapalı olmaları ilə izah edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ərzaq məhsulları ucuzlaşıb

Kaliforniyada azərbaycanlı uşaqların sərgisi

Bölmənin digər xəbərləri
 
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məhmət xoca vurğulayır ki, Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci ölkə yoxdur

"Jeton yükləmə aparatı"nın zarafatları
və ya "mənim bir abbasım hara getdi?"

Hüquq elminin inkişafı gündəmdə
İşçi qrupu ekspertlərə məktubla müraciət edib

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub
Bölgə qəzet redaksiyalarında texniki vəziyyət - acınacaqlı!

Bir ucqar cənub şəhərində
Canavarların hücumu, İranın viza siyasəti, qaz pulu çox, işıq yox...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər