Hal-hazırda Ayna qəzetinin 12.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 12.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Hüquq elminin inkişafı gündəmdə
İşçi qrupu ekspertlərə məktubla müraciət edib
Şənbə, 12.12.2009

mətn ölçüsü  

Ölkənin indiki inkişaf mərhələsində hüquq elmlərini inkişaf etdirmək və günün tələbləri səviyyəsinə gətirmək zərurəti gündəmdədir. Bəlli olduğu kimi, elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının icrası ilə əlaqədar avqustda hüquqşünas alimlərdən ibarət İşçi Qrupu yaradılmış və Qrupa rəhbərlik hüquq elmləri doktoru, professor, BDU-nun kafedra müdiri Kamil Səlimova həvalə edilmişdir.

BDU-nun hüquq fakültəsinin dosenti, İşçi Qrupunun katibi Mirəli Kazımovun bildirdiyinə görə, cari ilin noyabr ayının 21-də respublika prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə MEA prezidentinin, AAK-nın sədri Arif Mehdiyevin, habelə ölkədə ictimai və humanitar elmlərlə məşğul olan alim, müəllim, elm və təhsil ocaqlarının rəhbərlərinin və təhsil nazirinin iştirakı ilə müşavirədə Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının strukturları ilə bağlı institutlar və ali təhsil məktəblərinin müvafiq qurumlarının ictimai və humanitar elmlərlə bağlı öz inkişaf konsepsiyasını və fəaliyyət proqramını altı ay ərzində Elmin İnkişafı Fonduna təqdim etmələrini tapşırmışdı.

Mirəli Kazımov bildirir ki, dövlət başçısının elmin inkişafına göstərdiyi diqqət humanitar və ictimai elm sahələrində, o cümlədən hüquq elmləri sahəsində yeni canlanma yaratmışdır.

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən yaradılmış İşçi Qrupu hüquq elmlərinin müxtəlif sahələrinin problem məsələlərinin elmi-nəzəri cəhətdən öyrənilməsini, mövcud problemlərin hüquqi vasitələrlə aradan qaldırılmasını təmin etmək üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, ölkə həyatında və dövlət idarəçiliyində hüquqşünasların və hüquq elminin rolunun artırılması, mövcud qanunların beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və cəmiyyətdə gedən sosial, siyasi, iqtisadi və hüquqi proseslərin tənzimlənməsinin mükəmməl həyata keçirilməsi kimi funksional vəzifələrin yerinə yetirilməsi istiqamətində böyük səylə fəaliyyətə başlamışdır.

İşçi Qrupu tərəfindən hüquq elminin inkişafına xidmət edən vəzifələrin yerinə yetirilməsi məqsədilə elmi, nəzəri və praktiki təkliflərin verilməsi üçün hüquqşünasların fəaliyyət göstərdiyi dövlət orqanlarına, qeyri-dövlət qurumlarına, elm və təhsil ocaqlarına, habelə müstəqil ekspertlərə məktublarla müraciət olunmuşdur.

Yaxın gələcəkdə keçirilməsi nəzərdə tutulan "Hüquq elmlərinin prioritet istiqamətləri və hüquqşünas alimlərin qarşısında duran vəzifələr" mövzusunda Konfrans İşçi Qrupunun funksional vəzifələrinin yerinə yetirilməsində mühüm addım olmaqla, hüquq elminin inkişafına dair irəli sürülən təkliflərin dəyərinin masa ətrafında müzakirəsinə və qarşılıqlı fikir mübadiləsinə əlverişli şərait yaradacaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Bölgələrdə informasiya əldə etməklə bağlı ciddi problemlər var

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Ölkəmizdə yaşayış hüququnun məbləği məlum olub

Uşaq ölümünün ən çox yayıldığı ölkələr arasındayıq

Bölmənin digər xəbərləri
 
Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"
Məhmət xoca vurğulayır ki, Türkiyə qədər xaricdə təhsilə investisiya qoyan ikinci ölkə yoxdur

"Jeton yükləmə aparatı"nın zarafatları
və ya "mənim bir abbasım hara getdi?"

Məhəlli KİV-lərin dərd-səri Lənkəranda müzakirə olunub
Bölgə qəzet redaksiyalarında texniki vəziyyət - acınacaqlı!

Uşaq intiharlarının sayı durmadan artır
2009-cu ildə 29 uşaq canına qıyıb

Bir ucqar cənub şəhərində
Canavarların hücumu, İranın viza siyasəti, qaz pulu çox, işıq yox...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər