Metropolitenin "20 Yanvar" stansiyasında qadın qatar yoluna yıxılıb. Bu barədə APA-ya Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə bu gün saat 12:00 radələrində baş verib. Metronun "20 Yanvar" stansiyasında 20-25 yaşlarında qadın müvazinətini itirərək qatar yoluna yıxılıb və xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
|