çap et  
Nardaranın işığı kəsildi
Qəsəbə sakinləri etiraz aksiyasına qərar verdilər
Şənbə, 05.12.2009

S.Sədi
S.Abbaszadə

Paytaxtın şəhərətrafı Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi iki gündür dayandırılıb. Bu barədə APA-ya qəsəbə sakini Məşədi Natiq Kərimov məlumat verib. Onun sözlərinə görə, dəfələrlə "Bakıelektrikşəbəkə" ASC-yə müraciət edilsə də, enerjinin nəqli bərpa olunmayıb. Natiq Kərimov problemlə bağlı qəsəbənin "İmam Hüseyn" meydanında mitinq keçiriləcəyini deyib.

"Bakıelektrikşəbəkə" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayev isə bildirib ki, Nardarana elektrik enerjisinin nəqli borca görə dayandırılıb: "Ötən həftə borcun ödənilməsi üçün istifadəçilərə xəbərdarlıq edilmişdi. Borcu ödəmədikləri üçün enerjinin verilməsi dayandırılıb".

Tanrıverdi Mustafayev yalnız borclar ödənildikdən sonra elektrik enerjisinin nəqlinin bərpa olunacağını vurğulayıb.