![]() |
çap et |
|
|||
Dünən Milli Məclis İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik layihəsini qəbul edib. Dəyişikliyə əsasən, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qeydiyyatsız yaşaması mümkün olmayacaq.
Bu barədə məlumat verən komitə sədri Əli Hüseynov bildirib ki, əsas dəyişiklik əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyatsız yaşaması və ya qanunsuz qalmasını nəzərdə tutan 330-cu maddəyə edilib. Komitə sədri deyib ki, yeni variantda əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində qeydiyyatsız yaşamasına və ya beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, rəsmiləşdirilmiş icazə (viza) olmadan qalmasına görə həmin şəxslər ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla, yaxud çıxarılmamaqla 300 manatdan 400 yüz manatadək cərimə ediləcəklər: "Məcəlləyə edilən digər bir əlavəyə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə olma qaydaları pozulduqda, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediləcəklər". |