![]() |
çap et |
|
|||
"Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət" koalisiyası 2009-cu ilin noyabr ayında və ümumilikdə ilin 11 ayı ərzində Azərbaycan Silahlı Qüvvələrində baş verən itkiləri açıqlayıb. 2009-cu ilin noyabr ayında 8 hərbi qulluqçumuz həyatını itirib. Ötən ay 6 hərbi qulluqçumuz yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən həyatını itirənlər də var.
Xronologiya 6 noyabr. Naxçıvandakı N saylı hərbi hissənin əsgəri Elxan Quliyev qətlə yetirilib. 11 noyabr. Tərtər - Goranboy yolunda faciə ilə nəticələnən yol qəzası baş verib. İnsident nəticəsində 5 əsgər ölüb, 6-sı yaralanıb. 14 noyabr. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi polkovnik Vahid Osmanov ürək tutmasında keçinib. 15 noyabr. Gədəbəy rayonundakı N saylı hərbi hissədə əsgər Zakir Babayev üstündəki silahla özünü vuraraq intihar edib. Nəticə Beləliklə, 2009-cu ilin yanvar - noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 61 nəfər təşkil edir. Koalisiyanın məlumatlarına görə, itkilərin 12-si döyüş (9-u erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 20, xəstəlikdən (zəhərlənmədən) isə 6 hərbi qulluqçumuz dünyasını dəyişib. Yanvar - noyabr aylarında 5 hərbi qulluqçumuzun intihar etdiyi bildirilir. Ötən müddətdə həyatını itirən hərbi qulluqçuların 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 2-si Xüsusi Dövlət Mühafizə Xidmətinin, qalanları isə (54 nəfər) Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır. Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr üzrə itkilər artan xətlə davam edir. Koalisiya ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə - 83 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 392 hərbi qulluqçusunu itirib. Onun 146 nəfəri döyüş (121 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 246 nəfəri isə qeyri-döyüş (50 nəfər intihar, 37 nəfər qəza, 79 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 27 nəfər müxtəlif xəstəliklər) itkiləridir. Cari ildə 40 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Ümumilikdə 2003-cü ildən bəri bu və ya digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 303 nəfərdən çoxdur. İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində ortaya çıxıb. |