Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Orduda bu il itkilərimiz 60-ı keçdi
Orduda bu il itkilərimiz 60-ı keçdi
Noyabrda 8 hərbi qulluqçumuz həyatını itirib
Şənbə, 05.12.2009

Cəsur mətn ölçüsü  

"Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət" koalisiyası 2009-cu ilin noyabr ayında və ümumilikdə ilin 11 ayı ərzində Azərbaycan Silahlı Qüvvələrində baş verən itkiləri açıqlayıb. 2009-cu ilin noyabr ayında 8 hərbi qulluqçumuz həyatını itirib. Ötən ay 6 hərbi qulluqçumuz yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə qeyri-nizamnamə hallarından, bədbəxt hadisələrdən həyatını itirənlər də var.

Xronologiya

6 noyabr. Naxçıvandakı N saylı hərbi hissənin əsgəri Elxan Quliyev qətlə yetirilib.

11 noyabr. Tərtər - Goranboy yolunda faciə ilə nəticələnən yol qəzası baş verib. İnsident nəticəsində 5 əsgər ölüb, 6-sı yaralanıb.

14 noyabr. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin baş müəllimi polkovnik Vahid Osmanov ürək tutmasında keçinib.

15 noyabr. Gədəbəy rayonundakı N saylı hərbi hissədə əsgər Zakir Babayev üstündəki silahla özünü vuraraq intihar edib.

Nəticə

Beləliklə, 2009-cu ilin yanvar - noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 61 nəfər təşkil edir. Koalisiyanın məlumatlarına görə, itkilərin 12-si döyüş (9-u erməni gülləsi, 2-si mina partlayışı, 1-i əməliyyat), qalanları isə qeyri-döyüş itkiləridir. Müvafiq dövrdə qeyri-nizamnamə hərəkətlərindən 20, xəstəlikdən (zəhərlənmədən) isə 6 hərbi qulluqçumuz dünyasını dəyişib. Yanvar - noyabr aylarında 5 hərbi qulluqçumuzun intihar etdiyi bildirilir.

Ötən müddətdə həyatını itirən hərbi qulluqçuların 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-si Milli Təhlükəsizlik Nazirliyinin, 2-si Xüsusi Dövlət Mühafizə Xidmətinin, qalanları isə (54 nəfər) Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.

Silahlı Qüvvələrdə qeyri-nizamnamə, intihar halları və bədbəxt hadisələr üzrə itkilər artan xətlə davam edir. Koalisiya ekspertlərinin hesablamalarına görə, 2003-2009-cu illərdə - 83 ay müddətində Azərbaycan Silahlı Qüvvələri ən azı 392 hərbi qulluqçusunu itirib. Onun 146 nəfəri döyüş (121 nəfəri erməni gülləsi, 21 nəfər mina və sursat partlayışı, 4 nəfər əməliyyat tədbirləri), 246 nəfəri isə qeyri-döyüş (50 nəfər intihar, 37 nəfər qəza, 79 nəfər qeyri-nizamnamə hərəkətləri, 38 nəfər bədbəxt hadisələr, 15 nəfər müəmmalı və naməlum vəziyyətlər, 27 nəfər müxtəlif xəstəliklər) itkiləridir.

Cari ildə 40 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb. Ümumilikdə 2003-cü ildən bəri bu və ya digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 303 nəfərdən çoxdur.

İtkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılmış monitorinq nəticəsində ortaya çıxıb.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycan Ordusunun güclü olduğu sübut edildi"

Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək

"Dövlət Sığorta Şirkəti şəhid ailələrinin hüquqlarını pozur"

Orduda rotasiya problemi

Ermənistan ordusunun çağırışçı problemi

Bölmənin digər xəbərləri
 
"Əbu-Bəkr" məscidinin açılması tələb olunur
Dini icma QMİ sədrinə müraciət ünvanlayıb

Ya ölkədən çıx, ya cərimə ödə!
Vətəndaşlığı olmayanlar üçün yeni yasaqlar

Antalya yaxınlığında gəmi saya oturub
Sükan arxasında azərbaycanlı kapitan olub

İş adamı ölümlə hədələnib
"Şərur" MTK-nın prezidenti İsfəndiyar Axundovdan pul tələb ediblər

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
Misir Mərdanov: "Eyni problemlər bizdə də var"

Nardaranın işığı kəsildi
Qəsəbə sakinləri etiraz aksiyasına qərar verdilər

Bakı metrosunda qadın qatarın yoluna yıxılıb
Metropolitenin "20 Yanvar" stansiyasında qadın qatar yoluna yıxılıb.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər