Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Həsrət yolu"ndan beynəlxalq təşkilatlara müraciət
Ermənistandan əsir və girovların qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi tələb olunub
Şənbə, 05.12.2009

E.Elçin
Eldəniz
mətn ölçüsü  

"Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi 10 dekabr İnsan Haqları Günü ilə bağlı Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə başçılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, BMT Baş Assambleyası 10 dekabr 1948-ci ildə ilk dəfə "hamı və hər kəs üçün" prinsipi ilə ümumbəşəri mahiyyəti olan, geniş əhatə dairəsi üçün nəzərdə tutulmuş insan hüquqlarını müəyyən edən bir sənədi - İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməni qəbul edib. İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət və bərabərliyini təmin edən bu Bəyannamənin qəbul olunmasının 61-ci ildönümündə Ermənistanın xalqımıza qarşı yeritdiyi etnik təmizləmə və işğalçılıq siyasəti nəticəsində bu gün Azərbaycanda 1 milyondan artıq soydaşımız hüquqları pozulmuş halda, öz doğma el-obasından qovularaq məcburi köçkün həyatı yaşamağa məhkum olunub, 100 minlərlə insan işgəncə və zorakılıqlara məruz qoyularaq şikəst və əlil edilib, 20 mindən artıq vətəndaşımız qətlə yetirilib, 4166 nəfər soydaşımız itkin düşüb, 800 nəfərdən çox soydaşımız şahid ifadələrinə əsasən, əsir və girov götürülərək qarşı tərəfdə hüquqları pozulmuş şəkildə ağır fiziki və mənəvi işgəncələrə məruz qalaraq saxlanılır. Erməni əsir və girovluğunda beynəlxalq hüquq normalarına, konvensiyalara və İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 5-ci maddəsinə zidd olan işgəncə, təhqir və zorakılıqlara, qeyri-insani, alçaldıcı hərəkətlərə məruz qaldıqdan sonra azad edilmiş 1400 nəfər mənəvi-psixoloji gərginlik şəraitində yaşayır, onların 169 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri qocadır (112 nəfər yaşlı qadın). Onlarca şəxs əsirlik dövründə məruz qaldığı işgəncələr nəticəsində ruhi xəstə vəziyyətində qayıdıb. 150 nəfər (40 nəfər qadın) qayıtdıqdan sonra məruz qaldıqları mənəvi və fiziki iztirablara dözməyərək dünyasını dəyişib. 550 nəfər isə əsir və girovluqda qəddarcasına qətlə yetirilib ki, onların 104 nəfəri qadındır.

Müraciətdə o da qeyd olunur ki, dünyada Azərbaycanın mövqeyi dəstəklənsə də, BMT-nin Azərbaycanın işğal altındakı ərazilərinin vəziyyətinə dair qəbul etdiyi 4 qətnamə hələ də həyata keçirilmir: "822, 853, 874 və 884 saylı qətnamələri qəbul edilsə də, İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə etsə də, təəssüf ki, hələ də nəticə yoxdur. Qəbul olunmuş qərarlar bu günə kimi kağız üzərində qalır və icra olunmur. Nədənsə dünya ictimaiyyəti də buna göz yumur".

Sonda qeyd olunub ki, "Həsrət yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi İnsan Haqları Günündə beynəlxalq təşkilatları Ermənistandan əsir və girovlarımızın qaytarılmasını, itkinlərimizin taleyinə aydınlıq gətirilməsini tələb etməyə və 10 dekabr 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinin müddəalarını kobudcasına pozduğuna görə işğalçı dövlətə qarşı sanksiyaların tətbiq olunmasına çağırır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hüseyn Bağırov Xəzəryanı ölkələri ittiham edir

"Bəlkə oğlumu öldürüblər?"

Samir Bağırovun çəkisi durmadan artır

Nargin düşərgəsindən qaçışlar

İzzət Bağırov eynilikdən yorulub

Bölmənin digər xəbərləri
 
"Diplomatik dil Azərbaycanın ziyanına dəyişib"
Konfliktoloq Elxan Mehdiyev: "Azərbaycan Qarabağ danışıqlarında 1994-cü ildəkindən də pis duruma düşüb"

Eks-prezidentlər haqqında qanun necə oldu?
Fazil Mustafa: "İstəyirlər, layihəni hazırlamışıq, müzakirə edək"

Ərdoğan ABŞ-da Qarabağdan danışacaq
Erməni Milli Konqresi: Ermənistan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinə rəsmi razılıq verib

Nargin düşərgəsindən qaçışlar
Bu işlərin təfsilatı örtülü qalıb

Gürcüstan: İşğal bölgələri ilə təmas xəttində həyəcanlar
Mühafizəsiz qalmış gürcü kəndlərində və ölkədə gördüklərimiz



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər