çap et  
Eks-prezidentlər haqqında qanun necə oldu?
Fazil Mustafa: "İstəyirlər, layihəni hazırlamışıq, müzakirə edək"
Şənbə, 05.12.2009


Fərəh Əliyeva

Bu il martın 18-də keçirilən referendum nəticəsində konstitusiyaya edilən dəyişikliyə əsasən, eks-prezidentlər haqqında qanun qəbul edilməlidir. Lakin hələlik Milli Məclisin heç bir komitəsi belə bir qanun layihəsi hazırlamaq təşəbbüsündə bulunmayıb.

Millət vəkili Fazil Mustafa həmin qanun layihəsinin tezliklə hazırlanıb qəbul edilməsini zəruri sayır: "Biz konstitusiyaya edilən dəyişikliklər nəticəsində qəbulu nəzərdə tutulan qanunları qəbul etməsək, onda konstitusiya dəyişikliklərinin heç bir əhəmiyyəti qalmır".

Parlamentin iclasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa qeyd edir ki, dəyişikliklər zamanı eks-prezidentlərin statusu haqqında qanunla yanaşı, vətəndaşların müraciət etmək hüququ haqqında qanunun qəbul edilməsi də gözlənir. "Təəssüf ki, bu məsələlərə baxılmayıb. Əgər bu qanunların hazırlanması hüquq siyasəti və dövlət quruculuğu komitəsi üçün problemdirsə, biz bu layihələri hazırlamışıq, onları müzakirəyə çıxarmaq olar".