çap et  
Moskva estafeti Osloya ötürdü
"Eurovision"un simvolik açarı yeni ev sahibinə təqdim edilib
Şənbə, 05.12.2009

Şəms

"Eurovision-2009" müsabiqəsinə ev sahibliyi etmiş Moskva ötən gün Norveç paytaxtında "Eurovision-2010"a ev sahibliyi edəcək Osloya yarışmanın simvolik açarını təqdim edib. Müsabiqənin rəsmi saytının yazdığına görə, açarın təqdimatında "Eurovision-2009"un qalibi, norveçli Aleksandr Rıbak musiqili proqramla çıxış edib. Tədbirdə "Eurovision-2009" müsabiqəsi ilə bağlı hazırlanmış film də nümayiş olunub. Qeyd edək ki, "Eurovision-2010" müsabiqəsinə hazırlıq məqsədilə Avropa Yayım Birliyi tərəfindən xüsusi heyət formalaşdırılıb. Bu heyət 2010-cu ildə "Eurovision"un ev sahibi Oslonun işinə nəzarət edəcək.