"Melodiya" mağazalar şəbəkəsi və "Böyük şahinlər" studiyası xalq artisti Nazpəri Dostəliyevanın yeni işıq üzü görən "Sehr" adlı albomundan bir neçə mahnını istehsal etdikləri alboma qanunsuz şəkildə daxil edib. Nazpəri Dostəliyevanın sözçüsü mətbuat açıqlamasında məsələ ilə bağlı xalq artistinin vəkili Yunis Əliyevin müvafiq orqanlara müraciət etməyə hazırlaşdığını bildirib.
Nazpəri xanım albomla bağlı piratlara qarşı mübarizə aksiyasına başladığını elan etmişdi. Yaxın günlərdə müğənninin aksiya ilə bağlı daha kəskin addımlar atacağını bildirib. Hazırda Türkiyə səfərində olan Nazpəri xanım tezliklə bu barədə məlumat verəcək.