Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
Məlahət Abbasova Atatürkün bacısını oynayır
Məlahət Abbasova Atatürkün bacısını oynayır
Azərbaycanlı aktrisa Hollivudun tanınmış kino isimləri ilə çalışır
Şənbə, 05.12.2009

Z.Rəhimqızı mətn ölçüsü  

Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasova yeni filmdə çəkilir. Telefon bağlantısı zamanı aktrisa xəbəri "Ayna" ilə bölüşdü. Söylədi ki, film Türkiyənin birinci cümhurbaşqanı Mustafa Kamal Atatürkün şərəfli ömür yolundan bəhs edir. Ekran işini türklərlə birlikdə Hollivudun tanınmış kino isimləri ərsəyə gətirirlər.

Məlahət xanımın bildirdiyinə görə, film Atatürkün adı ilə bağlı olduğü üçün aktyor heyəti şoubiznes mühitindən deyil, teatr adamları arasından seçilib. Aparılan kastinq zamanı Məlahət xanım Atatürkün bacısı Makbulənin rolunu oynamağa təsdiq edilib.

Aktrisanın məlumatına görə, filmin ssenari və musiqi müəllifi YUNESKO-nun xoşməramlı səfiri, bəstəkar Zülfü Livanelidir. Eyni zamanda, filmdə Sevda Kayqısız və Ozkan İpək kimi tanınmış türk prodüserləri, Hollivudun Aldo Siqnoette, Piter Sauqen və Viqttori Fodano kimi tanınmış isimləri çalışırlar. Aktrisa bildirdi ki, Hollivuddan olan kino sənətçiləri 2007-ci ildə keçirilən "Oskar" mükafatının qalibləridir.

Filmdə Atatürkün bacısını oynamaqdan qürur duyan Məlahət Abbasova bu oyunun onun aktyorluq həyatında böyük iz buraxacağına əmin olduğunu bildirdi.

Aktrisanın əlavəsinə görə, "Vida" filminin hazırda İzmirdə çəkilişləri davam etdirilir. Nümayişi kinoteatrlar üçün nəzərdə tutulan filmin gələn il təhvil veriləcəyi bildirilir.

Filmdə ulu öndər Atatürkün gənclik illərini Sinan Tuzcu, yaşlılığını isə Burhan Güvən oynayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Oskar"a namizəd filmin təqdimatı olacaq

"Təxəllüsü Mixaylo" ingilis dilinə tərcümə edilib

"Əl-Cəzirə" telekanalı Azərbaycanda film çəkəcək

"Bir addım" filmi Batumidə nümayiş etdiriləcək

"Mahmud və Məryəm"ə Türkiyədə ekran həyatı

Bölmənin digər xəbərləri
 
Elnur 45 seriyalı filmə çəkilir
Və subaylığa son qoyacaq

Hüseyn Dərya sərbəst buraxıldı
O, övladının doğum gününü evində qeyd edib

İzzət Bağırov eynilikdən yorulub
Sənətçi onu narahat edən səbəblərdən danışdı

Manananın albomu Moskvada hazırlanır
Müğənni konsert verməyi düşünür

Nazpəri xanım pirat şirkətlə mücadilədə
Onu məhkəməyə verib və piratlara qarşı kəskin addımlar atacaq

Şou-biznes küsülüləri
Bu ənənənin kökünü qoyan kimlərdir?

Moskva estafeti Osloya ötürdü
"Eurovision"un simvolik açarı yeni ev sahibinə təqdim edilib

Zeynəb Xanlarovadan anşlaq vədi
Yazda Avropa və Amerikaya konsert turnesinə çıxacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər