çap et  
Manananın albomu Moskvada hazırlanır
Manananın albomu Moskvada hazırlanır
Müğənni konsert verməyi düşünür
Şənbə, 05.12.2009

Xatun

Əməkdar artist Manana Çaparidzenin Moskvada yeni albomu işıq üzü görəcək. Sənətçi bildirib ki, albom Moskvanın "Monolit" studiyasında hazırlanır və yaxın vaxtlarda hazır olacaq. Albomda onun ifasında 16 mahnı yer alacaq. Sənətçinin qarşıdakı planlarında solo-konsert layihəsi də var. Müğənni bu sıradan ilk konsertini doğma vətəni Azərbaycanda təqdim edəcək. Onun çıxış üçün seçim etdiyi ölkə ana vətəni Gürcüstandır.

Söhbəti zamanı sənətçi vurğuladı ki, bu yaxınlarda o, Tbilisi şəhər ictimaiyyəti tərəfindən fəxri vətəndaş titulu ilə təltif edilib. Bu mükafat sənətçiyə həm qazandığı uğurlara, həm də Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə verilib.