Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
İzzət Bağırov eynilikdən yorulub
İzzət Bağırov eynilikdən yorulub
Sənətçi onu narahat edən səbəblərdən danışdı
Şənbə, 05.12.2009

Şəms mətn ölçüsü  

İzzət Bağırov repertuarında türk mahnılarını seyrəltməyə qərar verib. Müğənni bu qənaətə gəlib ki, onlara çox az hallarda yer ayırsın. Bu səbəbsiz deyil. Müğənni deyir ki, vaxtilə sevərək ifa etdiyi türk mahnıları bu gün onu özündən uzaqlaşdırır. Müğənni deyir ki, təşrif buyurduğu məclislərdə yerli müğənnilərin ifasında eşitdiyi türk mahnıları onu bu seçimdən bir qədər uzaqlaşmağa məcbur edib: "Söhbət həmkarlarımın niyə türk mahnılarına müraciət etməsindən getmir. Türk mahnılarının ilk ifaçılarından biri də mən olmuşam və bu günə qədər repertuarımdan əskik deyil. Məsələ bundadır ki, bir mahnı çox məşhur olanda onu hamı oxumağa can atır. Hansı məclisə daxil olursan, eyni mahnını müxtəlif yanaşmalarda eşidirsən. Yəni bacaran da oxuyur, bacarmayan da. Məni narahat edən budur. Aleksandr Rıbakın "Eurovision"da ifa etdiyi mahnını, demək olar ki, əksər müğənnilər ifa edir. Mən mənə yaraşan mahnını ifa edirəm. Tamaşaçı zövqünü məşhur mahnılarla deyil, özümə yaraşan ifalarla oxşamağa çalışıram".

Müğənnini narahat edən başqa səbəblər də var. Son illər ölkədə bir-birinin bəhsinə yaradılan prodüser şirkətlərinin əcnəbi sənətçilər üçün təşkil etdiyi konsertlər yerli müğənnilərin heç də ürəyincə deyil. Belə ki, İzzət Bağırovla yanaşı bir neçə müğənni var ki, onlar təşkilatçıların məhz əcnəbilərin konsertinə maraq göstərməsindən gileylənirlər. İzzət Bağırova gəlincə, konsert vermək həvəsinin öldüyünü deyir və bunu yuxarıda göstərilən səbəblə izah edir: "Bizim əksər müğənnilərin səs imkanları bəzi dünya ulduzlarının imkanlarından heç də geri qalmır, hətta deyərdim, yüksəkdir. Sadəcə, biz əcnəbilər qədər yüksək yaradıcılıq təklifləri almırıq. Hərdən deyirlər ki, filankəs gəlib Bakıda yüksək şou nümayiş etdirdi. Şou nəyə deyirik? Əgər mənim və ya konsertimi təşkil edən təşkilatçının kifayət qədər pulumuz olsa, biz də həmin şounu göstərə bilərik. Xaricdə səhnə tələbatını ödəyə biləcək elementlər gətirməklə bunu təşkil etmək olar. Çünki bir az əvvəl qeyd etdiyim kimi, səs imkanlarımız var və maddiyyat və bir qədər də diqqətsizlik bunu həyata keçirməyə imkan vermir".

Bununla yanaşı, İzzət Bağırov yaxın gələcək üçün konsert verməyi planlaşdırır. Hazırda bir neçə yeni mahnı üzərində çalışan sənətçinin növbəti hazırlığı, çox güman ki, konsert barəsində olacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

AMİP Çin səfirliyinin qarşısında aksiya keçirəcək

Türkmənistan millisinin qapıçısı "Neftçi"də

"Koroğlu"nun quruluşunu 6 rejissor həyata keçirəcək

Türklər Azərbaycanı ən yaxın dost sayırlar

Bülent Ərsoy Simaya görə şərt kəsib

Bölmənin digər xəbərləri
 
Elnur 45 seriyalı filmə çəkilir
Və subaylığa son qoyacaq

Hüseyn Dərya sərbəst buraxıldı
O, övladının doğum gününü evində qeyd edib

Manananın albomu Moskvada hazırlanır
Müğənni konsert verməyi düşünür

Məlahət Abbasova Atatürkün bacısını oynayır
Azərbaycanlı aktrisa Hollivudun tanınmış kino isimləri ilə çalışır

Nazpəri xanım pirat şirkətlə mücadilədə
Onu məhkəməyə verib və piratlara qarşı kəskin addımlar atacaq

Şou-biznes küsülüləri
Bu ənənənin kökünü qoyan kimlərdir?

Moskva estafeti Osloya ötürdü
"Eurovision"un simvolik açarı yeni ev sahibinə təqdim edilib

Zeynəb Xanlarovadan anşlaq vədi
Yazda Avropa və Amerikaya konsert turnesinə çıxacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər