NATO-nun Daxili Yerüstü Nəqliyyatın Planlaşdırılması Şurasının plenar iclaslarından birinin Bakıda keçirilməsi nəzərdə tutulur. Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin təhlükəsizlik və fövqəladə hallar şöbəsinin müdiri Kazım Şərifov məlumat verib.
K.Şərifovun sözlərinə görə, NATO tərəfindən 2011-ci ilin mayında plenar iclasın Bakıda keçirilməsi təklif olunub. Artıq NATO-nun Şimali Atlantika Tərəfdaşlıq Şurası belə bir təkliflə Azərbaycan hökumətinə müraciət edib.
Hazırda NATO-nun təklifinə baxılır. Azərbaycan tərəfi hələlik rəsmi cavab verməyib.
Daxili Yerüstü Nəqliyyatın Planlaşdırılması Şurasının əsas vəzifəsi NATO-nun hərbi qanadının göstərişi ilə NATO əməliyyatları üçün üzv və tərəfdaş dövlətlərin mövcud nəqliyyat infrastrukturunu tədqiq etmək, təkliflər formalaşdırmaq və hesabatlar hazırlamaqdan ibarətdir. Azərbaycan tərəfi müntəzəm olaraq Şuranın iclaslarında iştirak edir.
|