Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Kimisi qalib, kimisi məğlub
Kimisi qalib, kimisi məğlub
Avrokuboklarda voleybol komandalarımızdan fərqli nəticələr
Şənbə, 05.12.2009

Kərim Nəsrullah mətn ölçüsü  

Xəbər verdiyimiz kimi, bu il voleybol üzrə Avropamiqyaslı klub turnirlərində Azərbaycanı 5 komanda təmsil edir. Kişi voleybolçuların turnirində "Lokomotiv" və "Azərneft" klubları, qadın voleybolçuların yarışında isə "Azərreyl", "Rabitəçi" və "İqtisadçı" komandaları mübarizə aparır. Püşkün nəticəsinə əsasən, komandalarımız ilk matçlarını rəqib meydanında keçiriblər.

Avropa Voleybol Konfederasiyasının (CEV) kuboku uğrunda mübarizə aparan "Rabitəçi" yarışa uğurla başlayıb. Komandamız Polşada yerli "Vımpel Qvardiya" klubunu məğlub edib - 3:1. Vrotslav şəhərində 950 tamaşaçının izlədiyi matç 96 dəqiqə davam edib. Cavab görüşü dekabrın 10-da Bakıda keçiriləcək. "Rabitəçi"nin ardınca daha 3 klubumuz mübarizəyə qoşulub. "Çağırış" kubokunun ikinci mərhələsindən mübarizəyə başlayan qadın voleybolçulardan ibarət "İqtisadçı" klubu ilk oyunda məğlubiyyətlə barışıb. Həmyerlilərimiz "İstanbul"da "Qalatasaray"a 0:3 hesabı ilə uduzublar. Voleybolçularımız cəmi 1 saat 4 dəqiqəyə təslim olublar və oyun ərzində 48 xal toplayıblar.

"Çağırış" kubokunda mübarizə aparan digər komandalarımız da məğlibiyyətin acısını yaşayıblar. Lakin "İqtisadçı"dan fərqli olaraq, kişilərdən ibarət "Lokomotiv" və "Azərneft" səfərdə rəqibə ciddi müqavimət göstəriblər. "Lokomotiv" İsraildə yerli "RAANANA" komandasına məğlub olub - 2:3. "Azərneft" isə eyni hesabla Yunanıstanda yerli "Fainikas" klubuna uduzub - 2:3. Bu klublarımız cavab matçına dekabrın 9-da çıxacaqlar.

Avrokuboklarda çıxış edən daha bir təmsilçimiz - "Azərreyl" isə Avropa Voleybol Konfederasiyasının kuboku uğrunda yarışlara yaxşı başlayıb. Ölkəmizin ən titullu komandası Avstriyanın "SVS Rost Şveşat" klubu ilə ilk matçda qələbə qazanıb - 3:2. "Azərreyl" cavab qarşılaşmasını dekabrın 8-də keçirəcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Avropa çempionatına uğursuz başladıq

Üçüncü cəhd də boşa çıxdı

Voleybol yığmamızın rəqibləri məlum

"Azərreyl" türk məşqçiyə tapşırıldı

Bölmənin digər xəbərləri
 
Qalibi tay-breklər müəyyən edəcək
Vüqar Həşimov dünya kubokunun yarımfinalına çıxmaq üçün bu gün qələbə qazanmalıdır

Qayıdışı uğurlu alındı
İkiqat dünya çempionu Nizami Paşayev gələcəyə ümidlə baxır

Nazim Süleymanov ilk qələbəsini qazandı
Dünən Azərbaycan çempionatında 13-cü turun oyunları başlanıb

Türklər Qus Hiddinqi Türkiyə yığmasında görmək istəyirlər
Tanınmış hollandiyalı futbol mütəxəssisi Qus Hiddinqin Türkiyənin futbol üzrə milli yığma komandasının baş məşqçisi vəzifəsinə gətirilməsi yenidən gündəmə gəlib.

Dünyanın ən yaxşı boksçuları Bakıya gəlir
Dekabrın 10-da Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vunun sədrliyi ilə qurumun forumu keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər