Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Qalibi tay-breklər müəyyən edəcək
Vüqar Həşimov dünya kubokunun yarımfinalına çıxmaq üçün bu gün qələbə qazanmalıdır
Şənbə, 05.12.2009

İ.Rəfiyev mətn ölçüsü  

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku yarışlarında Azərbaycanın 5 şahmatçısı mübarizəyə qoşulsa da, indi onlardan yalnız ikisi çıxışını davam etdirir. Vüqar Həşimovla Şəhriyar Məmmədyarov yarışların 1/4 final mərhələsində mübarizə aparırlar.

Şahmatçıların hər ikisi mübarizəyə 1/64 final mərhələsindən qoşulublar. Əvvəlcə misirli Valaa Sarvatı mübarizəni dayandırmağa məcbur edən Vüqar sonrakı mərhələlərdə çinli Jou Jinçaonu və italiyalı Fabiano Karuananı yarışdan kənarlaşdırıb. Beləliklə, 1/4 vəsiqə qazanan Vüqar Həşimov bu mərhələdə ukraynalı Ruslan Ponomaryovla üz-üzə gəlib. İlk görüşdə qara fiqurlarla oynayan Vüqar heç-heçəyə nail olub. Yarımfinala çıxması üçün Vüqar ikinci görüşdə qələbə qazanmalı idi. Lakin şahmatçılar dünənki görüşün 15-ci gedişində heç-heçəyə razılaşıblar. Odur ki, qalib bu gün keçiriləcək tay-brekdə müəyyənləşəcək. Qeyd edək ki, Vüqarın rəqibi çox güclüdür. Onu demək kifayətdir ki, Ruslan 18 yaşlı şahmatçılar arasında dünya çempionudur.

Şəhriyar Məmmədyarov isə yarışa rusiyalı xanım rəqibi Aleksandra Kostenyuku məğlub etməklə başlayıb. Növbəti mərhələdə isveçrəli şahmatçı Vadim Milovu, daha sonra çexiyalı Viktor Lazniçkanı məğlub edən 24 yaşlı şahmatçımız 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə ukraynalı Sergey Karyakinlə qarşılaşıb. Təəssüf ki, Şəhriyar Ukrayna bayrağı altında çıxış edən Rusiya vətəndaşına ilk görüşdə uduzub. İkinci görüşdə ağ fiqurlarla çıxış edən Şəhriyar məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Karyakin nüfuzlu Veyk-An-Zeedə superturnirin qalibidir.

Bundan əvvəl ölkəmizin 3 şahmatçısı dünya kubokunda mübarizəni dayandırıb. Hələ 1/64 final mərhələsində Rauf Məmmədov və Qədir Hüseynov mübarizədən kənarlaşdırılmışdılar. Ölkəmizin güclü şahmatçılarından olan Teymur Rəcəbov isə ikinci dövrədə yarışı tərk etmişdi.

Dünya kubokuna dekabrın 14-də yekun vurulacaq.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Qayıdışı uğurlu alındı
İkiqat dünya çempionu Nizami Paşayev gələcəyə ümidlə baxır

Nazim Süleymanov ilk qələbəsini qazandı
Dünən Azərbaycan çempionatında 13-cü turun oyunları başlanıb

Kimisi qalib, kimisi məğlub
Avrokuboklarda voleybol komandalarımızdan fərqli nəticələr

Türklər Qus Hiddinqi Türkiyə yığmasında görmək istəyirlər
Tanınmış hollandiyalı futbol mütəxəssisi Qus Hiddinqin Türkiyənin futbol üzrə milli yığma komandasının baş məşqçisi vəzifəsinə gətirilməsi yenidən gündəmə gəlib.

Dünyanın ən yaxşı boksçuları Bakıya gəlir
Dekabrın 10-da Bakıda Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo Vunun sədrliyi ilə qurumun forumu keçiriləcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər