![]() |
çap et |
|
|||
Tehran Pedaqoji Universitetinin türk tələbələri türklərin tarixini və mədəniyyətini təhqir və təhrif edən müəllimdən bütün söylədiklərinə görə üzr istəməsini tələb ediblər.
Tələbələr universitetdə etiraz aksiyası keçirərək həmin müəllimin bir daha belə təhriflərə yol verməməsini istəyiblər. Tədbirdə tələbələr fars şovinizimini pisləyən və eyni zamanda panfarsçıların təsiri altında olan türklərə qarşı şüarlar söyləyib, istənilən milliyyətin təhqir olunmasını yolverilməz sayıblar. Həmin müəllim yol verdiyi səhvlərə görə tələbələrdən şifahi olaraq üzr istəyib. Tarix müəllimi və fakültə dekanı baş vermiş olayla bağlı üzr istəməkdən çəkinirlər. Bir sıra məmurlar isə buna görə tələblərin haqlı tələbələrindən imtina etməsinə səy göstərmişlər. Ancaq gənclər onun yazılı şəkildə bunu etməsində israr edirlər. Xəbərlərə görə, Azərbaycan türklərini aşağılayan və tarixi gerçəkliyi təhrif edən müəllimə etiraz etmiş tələbələr məxfi orqanlar tərəfindən hədələnir. |