Azərbaycanlı musiqiçi Qran-pri alıb
|
Şənbə, 05.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
Bu ilin 23-26 noyabr tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində gənc trubaçıların V Beynəlxalq müsabiqəsində azərbaycanlılar da iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizi bu tədbirdə Bakı şəhər Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumova və truba ixtisası üzrə şagirdləri, Prezident tədaüdçüsü Tural Quliyev və İsrafil Rəsulov təmsil ediblər. Müsabiqədə İsrafil Rəsulov festivalın Qran-pri mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüblər.
|
|
|
Oxşar xəbərlər:
Qran-pri turnirində 20 medal
|
|
|