"Ər və arvad" tamaşası Gürcüstanda oynanılıb
 |
Şənbə, 05.12.2009
|
|
mətn ölçüsü |
|
|
|
Üzeyir Hacıbəyovun "Ər və arvad" musiqili komediyası Tiflis Azərbaycan Dram Teatrında səhnəyə qoyulub. Tamaşanın Tiflis premyerası ilə rejissor Turqay Vəlizadə öz debütünü etmişdir. Yəni həm tamaşa ilk dəfəydi Gürcüstanda oynanırdı, həm də bu tamaşa rejissorun ilk işi idi. Azərbaycanlı müəlliflərin bir sıra əsərlərini gürcü və başqa millətlərə göstərməyi qarşısına məqsəd qoyan rejissor bu barədə tezliklə ətraflı danışa biləcəyini söylədi. Üzeyir Hacıbəyovun "Ər və arvad" komediyasında Gürcüstandakı Azərbaycan Dövlət Dram Teatrının aktyorları Binəli İsmayıloğlu, Şeyla Şamoyeva, Fazil Bayramov, Mənzərə Sadıqova, Aslan Məmmədov və Aidə Tağıyeva oynayıblar.
|
|
|
Oxşar xəbərlər:
"Cəmiyyəti məlumatlandırmamaq ölkənin müdafiə qüdrətinə zərbədir"
Sumqayıtda Üzeyir bəyə abidə kompleksi
İlk dəfə Beynəlxalq Musiqi Həftəsi keçiriləcək
Üzeyir Hacıbəyovun xatirəsinə
|
|
|