Cazmenin "Buta" layihəsi üç ölkədə təqdim olunub
 |
Şahin Növrəsli dinləyicilərdə xoş təəssürat oyadıb
Şənbə, 05.12.2009
|
|
Azərbaycanlı cazmen Şahin Növrəsli "Buta" adlı layihəsi çərçivəsində Avropa ölkələrində konsert proqramı ilə çıxışları barədə danışmışdır. Səfərdən yenicə qayıdan musiqiçi ölkəmizi öz sənəti ilə layiqincə təmsil etdiyini və avropalılarda ölkəmiz haqqında maraq oyada bildiyini deyir. Onun sözlərinə görə, cazın muğamla sintezi, Azərbaycan mədəniyyətinin zənginliyi dinləyicilərdə ölkəmizin musiqi mədəniyyəti haqda xoş təəssüratlar yaradıb.
Şahin Növrəsli bildirib ki, öz konsert proqramlarını Rusiya, Fransa və İngiltərədə təqdim edib. Avropalılara öz "Buta" layihəsini təqdim edən Şahin Növrəsli həmişə olduğu kimi bu dəfə də cazla Azərbaycan muğamını sintez edib. Son dönəmdə muğama marağın artması ilə avropalıların Azərbaycanın musiqi mədəniyyəti barədə təsəvvürləri də genişlənib. Turnenin son günü azərbaycanlı cazmen Londonda Şahzadə Yelizaveta sarayında öz proqramını təqdim edərək xanəndə bacarığını sərgiləyib.
Azərbaycan mədəniyyətinin təbliğində cazın da böyük əhəmiyyət kəsb etdiyini deyən Şahin Növrəsli gələcəkdə də bənzər proqramlarla çıxış edəcəyini bildirir. Cazmen gələcək planları haqqında geniş danışmaq istəməsə də, bildirdi ki, dinləyicilərini çox intizarda saxlamaq fikrində deyil. Yaxın vaxtlarda onun yeni konsert proqramı təqdim ediləcək.
|
|
|
Oxşar xəbərlər:
Şahin Növrəsli Avropa turnesinə hazırlaşır
Şahin Növrəsli Avropa turnesinə çıxır
NATO və Qarabağ münaqişəsinin həlli...
"Torpaqları itirməkdənsə"
|
|
|