Hamlet İsaxanlı: "Ağlıma görə heç zaman zərər çəkməmişəm,
 |
amma hisslərimə, emosiyalarıma görə çəkmişəm. İşlərim ləngiyib
Şənbə, 05.12.2009
|
|
Deyirlər, insanlar üç qisimdir: alimlər, tələbələr və su üstə saman çöpü kimi üzən adamlar (nə öyrənən, nə də öyrədənlər). Həmsöhbətimiz adı birinci çəkilən qismə aiddir. Alimdir, amma incəsənətə çox bağlı olan şair-alim - hələ sovet dövründə ilk dəfə ödənişli, ingilisdilli universitet yaradan və onun rektoru olan Hamlet İsaxanlıdır.
Böyük həvəs və enerji ilə elmi araşdırmalarını davam etdirən və buna paralel olaraq təhsil quruculuğu işləri ilə məşğul olan Hamlet İsaxanlı eyni zamanda maraqlı bir şair kimi də qəbul edilir və onun şeir topluları qonşu Rusiya, İran və Gürcüstanda da nəşr edilmişdir. Tərcüməçiliyi də var, məsələn, ruscadan, ingiliscədən və fransızcadan Azərbaycan dilinə bədii tərcümələri ilə tanış olmuşuq. Üz tutduğu şairlərin siyahısı genişdir: V.A.Jukovski, F.Baratinski, F.İ.Tütçev, A.Fet, S.Yesenin, N.S.Qumilyov, A.Axmatova, Q.Bayron, Ü.Bleyk, R.Herrik, G.De Neyval...
Şeirləri musiqili və ürəyəyatımlıdır. Təsadüfi deyil ki, onun şeirləri Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib. Bəzi şeirlərinə mahnılar yazılmış və musiqili tamaşalar hazırlanmışdır. Şairin "Xəzər Universitəm" şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözəlov himn yazmış, "Xəzərimin sorağında" şeirinə Ramiz Mustafayev, "Hicran" şeirinə Vaqif Gərayzadə, "Yaşamağa nə var ki?!" şeirinə Lütfiyar İmanov, "Səni sevdim, çox sadəcə", "Gözəldir", "Lalə", "İnciçiçəyi", "Külək və qız", "Tək qalmaq istəyirəm", "Tez gəlin", "Dünyam" şeirlərinə Nailəxanım İsayeva (Hamlet müəllimin həyat yoldaşı), "Baş açmadım bu dünyadan", "Bakı" şeirlərinə Elza Seyidcahan, "Görüş yerimiz" şeirinə Cahangir Zülfüqarov, "Qədim sual", "Möcüzəli gecə", "Uşaqlıqda qalan buludlar" və digər şeirlərinə, həmçinin şairin fəlsəfi şeirlər silsiləsi əsasında qurulmuş "Ömür yolu bircə andır" adlı tamaşaya Dilarə Qulamova könülaçan musiqi bəstələyiblər.
Hamlet İsaxanlının "Ziyarət" poemasına bütövlükdə musiqi bəstələyən Cavanşir Quliyev şairin 11 şeirini mahnıya çevirmişdir. Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşova, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfərov, Fədayə Laçın tərəfindən, biz deyərdik ki, ustalıqla ifa olunur.
Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nəbizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına müraciət etmişlər. Bütün bunlar nəsə deyir.
- Deyirlər ki, riyaziyyatı bilməyən insan istedadsızdır. Razısız bu fikirlə? Sizə daha çox riyaziyyat, yoxsa poeziya yaxındır?
- Riyaziyyat həddən artıq dərin və gözəl bir elmdir. Bu elmin gözəlliyini onunla məşğul olanlar başa düşür, kənardan müşahidə edənlər yox. Amma o fikirnən razı deyiləm ki, riyaziyyatı bilməyən savadsız və istedadsızdır və yaxud da hansısa bir ixtisasın görkəmli daşıyıcısı ola bilməz. Ölçü, hesab və qiymətləndirmə hər bir insana lazımdır. Amma tutaq ki, rəssam riyaziyyatı bilməsə də, gözəl rəssam ola bilir.
A.S.Puşkin söyləyirdi ki, mən riyaziyyatdən heç nə bilmirəm və bilmək istəmirəm, amma bu ona böyük şair olmağa heç də mane olmadı. Poeziyanın, yoxsa riyaziyyatın mənə daha yaxın olması sualına qalınca, bilirsiz, insanın üç-beş övladı ola bilər və hamısı ona əziz və doğma olacaq.
- İngilisdilli universitet yaradanda məqsədiniz nə idi?
- Mən SSRİ-nin son 10 illik dövründə aspiranturanı da, doktoranturanı da Moskva Dövlət Universitetində oxumuşdum. Mənim çalışdığım sahə daha çox Qərbi Avropada inkişaf etdiyi üçün həmin ölkələrə tez-tez səfərlərim olurdu. Oradakı maraqlı universitetləri görüb bizimkilərlə müqayisə edirdim. Anlayırdım ki, nəinki Azərbaycanda, bütün SSRİ təhsilində böyük bir böhran var. Həmin böhran heç bir yeniliyin olmamasında idi. Rüşvət və tapşırıq sistemi baş alıb gedirdi. Mən də həm azərbaycanca, həm rusca məqalələr yazdım, onlar "Kommunist" və bir sıra başqa jurnallarda çap olundu. Və bir gün hökumətdən cavab gəldi: "Sizin fikirləriniz bizim xoşumuza gəlir və biz Azərbaycan universitetlərinin müasir tələblərə cavab vermədiklini görürük. Bəlkə bir universitet yaradaq?"
Mən o zamanlar xaricə gedib-gəlirdim, işləyirdim, amma bu pula böyük maliyyə vəsaiti tələb edən universitet yarada bilməzdim. Mən baş nazirə müraciət etdim və cavab belə oldu: "Hökumət dağılır, pul yoxdur". Mən üç dildə çap olunan "Xəzərin sorağında" adlı kitabımda məhz bu yaranma tarixçəsindən yazmışam. Başımıza çox işlər gəldi. Həm iqdisadi, həm siyasi problemlər yaşadıq. Mane olanlar, intriqalar çox idi. Məqsədimiz müasir universitet yaratmaq və ora ziyalı, intellektual, elm və incəsənət xadimlərini bir araya toplamaq idi, bunu da heç bir çətinliyə baxmayaraq etdik.
- Bu gün Xəzər Universitetində tələbələr ixtisasından asılı olmayaraq incəsənətin hər bir növü ilə məşğul ola bilirlər. Onların fənn seçimi necə baş verir?
- Bizdə başqa universitetlərdən fərqli olaraq iki fənni ixtisasından asılı olmayaraq hamı keçir: "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti". İkincisinə musiqi mədəniyyəti, xalçaçılıq, zərgərlik də daxildir. Təsəvvür edin ki, tələbələr bir otaqda xalça toxuyurlar, o biri otaqda qızıl düzəldirlər. Bizim rəqs ansamblımız bütün dünyanı gəzir-dolanır. Muğam sinfində Arif Babayev öz dəstəsi ilə dərs keçir. Yəni seçim azaddır, kimə nə yaxındır onu da seçir.
- Türkiyədə bir çox təhsil ocaqlarında qızların hicabla dərsə gəlmələrinə qadağa qoyublar. Buna münasibətiniz?
- "İslam və müasirlik" çox həssas bir mövzudur. Bizim universitetdə mütəxəssislərin iştirakı ilə bu mövzuda simpoziumlar keçirilib. Bir var tarixi islam, bir də var islam elmi və mədəniyyəti..
|
|
|
|
|
|
|