Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Elmi müdafiə şuraları səmərəsizdir
20 ildir heç bir müdafiədə elmi mübahisə aparılmır
Şənbə, 05.12.2009

Banu mətn ölçüsü  

Elmi müdafiə şuralarının səmərəsizliyi üzə çıxıb. Bəllidir ki, bu gün maddi durumu yüksək olan və elmdən xəbəri olmayanlar dissertasiya yazdırıb alim olmaq eşqinə düşürlər. Ən acınacaqlısı isə budur ki, saxtakarlar hamısı bu istəyinə nail olur. Heç kəsə sirr deyil ki, ölkənin elm və ali təhsil müəssisələrində başqalarına dissertasiya yazmaq kimi qeyri-leqal xidmət növü də formalaşmışdır. Azərbaycan elmi üçün rüsvayçı bir situasiya yaranıb. Elə bir situasiya yaranıb ki, elm sahəsinin yetkililəri - hamısı görkəmli alimlərdir - bu mövzuda danışmaqdan qaçırlar.

"Elmi müdafiə şuralarının tərkibində köklü dəyişikliyə ehtiyac var". Bu fikri MM Elm və təhsil komitəsinin keçmiş sədri Şahlar Əsgərov deyir. Onun mülahizəsincə, müdafiə şuralarının tərkibində hər hansı kadrın dəyişdirilməsi ilə bu məsələni həll etmək mümkün deyil, bu sistemə liberal baxış tələb olunur. Əsgərov xatırladır ki, elmi müdafiə şuralarının fəaliyyətində qüsurlar bütün MDB ölkələrinin elm sistemində mövcuddur.

Şahlar Əsgərov deyir: "Son 20 ildə on minlərlə elmi iş müdafiə olunub, ancaq onların heç birinə müdafiə şuraları tərəfindən etiraz edilməyib. İyirmi ildir ki, elmi işlərin müdafiəsində şura üzvlərindən nə neytral qalan var, nə də əksinə gedən. Necə ola bilər ki, elmi dartışma hesab olunan müdafiə işlərində elmi mübahisə aparılmasın? İstənilən adi məsələ ətrafında yüz cür fikir səsləndirilir, elmi müdafiələrdə isə vahid fikir var ki, o da hamının səs verməsidir. Elmi işlərin müdafiəsi Ali Attestassiya Komissiyasına keçənə qədər on pillə yol gedir. Bu pillələrin heç birində deyilmir ki, dissertasiyanın mənfi xüsusiyyəti nədir, müsbət xüsusiyyəti hansıdır".

Bəs, saxta elmi işlərin müdafiəsinin qarşısını necə almaq olar? Şahlar Əsgərovun dediklərindən bəlli oldu ki, artıq Rusiyada bu istiqamətdə konkret tədbirlər görülməkdədir: "Rusiyada dissertasiyanın elektron variantını internetə yerləşdirirlər. Əgər hansısa cümlə digər mənbədən götürülübsə, saxta elmi iş hazırlanıbsa, onu dərhal internet vasitəsilə müəyyən etmək olur. Dəqiq bilmək olur ki, hansı fəsil, paraqraf və cümlə hansı elmi işdən götürülüb. Bununla da saxta elmi işlərin qarşısını almaq mümkündür. Azərbaycanda da saxta elmi işlərin qarşısının alınması üçün informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etmək lazımdır".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Avropa Şurasından Azərbaycana hədə

Avropa Şurasının "işgəncə" hesabatı açıqlandı

Elmi müdafiə şuraları səmərəsizdir

Bölmənin digər xəbərləri
 
Alim Qasımov: "Vaxtilə sürücülük edən bəndənizin bəxti gətirdi"
O nə sufidir, nə dərviş. Bir az azadlığı sevən adamdır

Hamlet İsaxanlı: "Ağlıma görə heç zaman zərər çəkməmişəm,
amma hisslərimə, emosiyalarıma görə çəkmişəm. İşlərim ləngiyib

Cazmenin "Buta" layihəsi üç ölkədə təqdim olunub
Şahin Növrəsli dinləyicilərdə xoş təəssürat oyadıb

"Ər və arvad" tamaşası Gürcüstanda oynanılıb
Üzeyir Hacıbəyovun "Ər və arvad" musiqili komediyası Tiflis Azərbaycan Dram Teatrında səhnəyə qoyulub.

Alim Qasımovun adı dünyaca məşhurların siyahısına düşə bilər
Amerika Birləşmiş Ştatlarının Milli Radiosunun saytı xəbər verir ki, 2010-cu ilin əvvəllərində səsi dünyaca məşhur 50 sənət adamının adı açıqlanacaq.

Azərbaycanlı musiqiçi Qran-pri alıb
Bu ilin 23-26 noyabr tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində gənc trubaçıların V Beynəlxalq müsabiqəsində azərbaycanlılar da iştirak ediblər.

"Təxəllüsü Mixaylo" sayca 3-cü dəfə festivala qatılıb
Dekabrın 9-13-də Rusiyanın Yekaterinburq şəhərində "İnsan və müharibə" adlı 3-cü beynəlxalq kinofestival keçiriləcək.

Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb
Moskvada yaşayan Azərbaycan yazıçısı Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb. Rusiya paytaxtında 3 min tirajla buraxılan topluda yazıçı "Məhəmməd, Məmməd, Məmiş", "Ailə sirləri" romanlarını cəmləyib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər