Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Mədəniyyət  
 
 
Alim Qasımov: "Vaxtilə sürücülük edən bəndənizin bəxti gətirdi"
Alim Qasımov: "Vaxtilə sürücülük edən bəndənizin bəxti gətirdi"
O nə sufidir, nə dərviş. Bir az azadlığı sevən adamdır
Şənbə, 05.12.2009

Z.Rüstəm mətn ölçüsü  

Xalq artisti Alim Qasımovun ilk dəfə rok oxuması təəccüb yaratdı. "İlahi" mahnısı ilə səsindəki ecazkar qüvvəni bu janrda da göstərən xanəndə əslində çox əziyyət çəkib. Hazır məhsul kimi qəbul edilən kiçik dini əsər müəyyən tərəddüddən sonra yaranıb. Rokun öhdəsindən gələ bilməyəcəyini düşünən xanəndə keçirdiyi narahatlığın səsinə yansıyacağından ehtiyat edib. Lakin Alim Qasımov bu dəfə də müvəffəq olub. Onun "Azan"la başladığı "İlahi" mahnısı xanəndənin kiçik gəzişmələri ilə musiqili əsərə çevrilib. Beləliklə, rokla muğamın sintezini mükəmməl şəkildə musiqi tarixinə həkk edib.

Xanəndə ilə söhbətimizdə daha bir maraqlı xəbəri bizimlə bölüşdü. Dedi ki, tezliklə mahnının efir versiyasının hazırlanması nəzərdə tutulub. Klipin müqəddəs yerlərdən birində çəkilməsi düşünülür:

- Mahnının müəllifləri Kamal müəllim və Baba Vəziroğlu, eyni zamanda çəkiliş heyəti bu qənaətə gəliblər ki, klip Naxçıvandakı Əshabi-Kəhfdə ekranlaşdırılsın. Qeyd edim ki, "Azan"ı bu şəkildə səsləndirmək çoxdankı arzum olub. Dini mövzuda yazılmış mahnı ilə bunu reallığa çevirə bildim. Mahnını oxuyana qədər keçirdiyim hissləri indi çəkiliş ərəfəsində yaşayıram. Çünki İlahinin adı ilə bağlı olan hər bir söz mənim ruhuma hopur və orada musiqiyə qovuşur. Mənim ifa etdiyim hər bir muğam və mahnıda İlahidən bir kəramət var. Mənim səsimi səslərdən ayıran güc budur.

- Bu bir vergidir, yoxsa illərlə yığılan zəhmətin bəhrəsi?

- Bunların hər ikisi var.

REKLAM

İllərlə sənətdə külüng vuran xanəndələr olub. Lakin onlardan çoxunun adı tarixdə qalmayıb. Tamaşaçının kiçik qəlbinə yol tapmaq böyük zəhmət tələb edir. Vaxtilə fəhlə işləyən, sürücülük edən bəndənizin bəxti gətirdi. Sükan arxasında özüm üçün yanğı ilə oxuduğum muğamlarımız bir gün dünya səhnələrində eşidildi, qəlblərə yol tapdı.

- Nə vaxtsa naşükürlük edib, sənətdən yorulduğunuzu özünüz üçün etiraf etmisiniz?

- Sənətdə çox yüksəkdə olanlara can atmışam. Amma etiraf etməliyəm ki, insanda naşükürlük hissi nə vaxtsa yaranır, bir növ biganələşirik. Lakin bu mənə doğma hisslər deyil. Mənim yerdə oturmağım, Alim sayaq oxumağım tənqid hədəfinə çevriləndə içimdəki Tanrı sevgisi ilə baş-başa qalmışdım. İlahi qüvvə məni sınmağa qoymadı. Yoxsa mən bu gün lent yazılarında dinlənirdim.

- Repertuar üzərində çox işləyirsiniz deyə mükəmməl alınır, yoxsa səhnədəki improvizələr repertuarı mükəmməlləşdirir? - Böyük və kiçikliyindən asılı olmayaraq səhnənin məsuliyyətini həmişə hiss etmişəm. Konsertim oldu-olmadı daima məni müşayiət edən qrupla məşq otağıma çəkilir, saatlarla oradan çıxmırıq. Hərdən uşaqların işi olur və gedir, axşama kimi özümə qapılıb, yeni nə isə öyrənirəm. Əgər evdəkilərin müdaxiləsi olmasa, orada gecələyər və zamanın keçdiyindən xəbərsiz olaram. Hər bir ifada bir gözəllik var. Əgər pərdəarxasında oxuduqlarım lentə köçürülsəydi, daha mükəmməl ifalar üzə çıxardı.

- Niyə köçürmürsünüz?

- Bunu bilərəkdən etmirəm. Çünki o zaman mənə elə bir vəhy gəlir ki, orada texnikanın və ya hansısa bir şeyin olması məni narahat edir.

- Bir az əvvəl qeyd etdiniz ki, sizin muğam mizanlarını özünəməxsus tərzdə dəyişməniz, stuldan yerə düşməyiniz böyük kütlənin tənqid hədəfində idi. Bəs, stuldan yerə düşmək ideyası haradan yarandı?

- Əvvəla, əgər insanda istedad varsa, istəyir stulda, istəyir də yerdə, göydə otursun, lap dəlilik etsin, dəxli yoxdur, insanların qəlbində onun həmişə yeri olacaq. Mənə gəlincə, qastrollara təzə-təzə gedirdik. Lakin mən üçlüklə konsert verəndə, daim özümü narahat hiss edirdim. Açıq şəkildə söyləsəm, ifa zamanı yerimdə qurcalanır, sanki stuldan durub yerdə oturmaq istəyirdim. Bir gün Səmərqəndə konsertə getdik. Orada maraqlı səhnə quruluşu görmüşdüm. Qərara gəldim ki, mən də yerdə oturub oxuyum. Çox vaxt məşqlərimi yerdə bardaş quraraq edirdim. Lakin səhnədə bunun imkansız olduğunu bilirdim. Səmərqənddən sonra qəti şəkildə çıxışlarımı bu şəkildə davam etdirəcəyimi söylədim. Əvvəllər bu hal musiqiçilər üçün çətin olsa da, sonradan alışdılar.

- Xanəndəni tamaşaçı qarşısında köləlikdən çıxardığını iddia edən Alim Qasımov bunu stuldan düşməyi ilə sübut etdi, yoxsa...

- Bunu, sadəcə, ifamla göstərə bildim. Yəni xanəndə səhnədə öncə özü, daha sonra tamaşaçı üçün oxuduğunu dərk etməlidir. Repertuarı tez oxuyub qurtarıb, baş əyib getmək şərt deyil. Mən özümün həzm edə bildiyim ifanı onlara çatdırıram.

- Onda sizi sufi, dərviş kimi təqdim edənlər haqlıdırlar?

- Yox, mən nə sufiyəm, nə dərviş. Bir az azadlığı sevən adamam. Bu xasiyyətimi hərə bir yerə yozur.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Alim Qasımov yenidən Məcnun olmaq istəyir

Nisə Qasımova 2 ay "Xoşvaxt olun" deməyəcək

"Mini-disklə oxumaq ayıbdır"

Zabit Nəbizadənin diski işıq üzü görəcək

Alim Qasımov və qızı Fərqanə səfərdən qayıdıblar

Bölmənin digər xəbərləri
 
Elmi müdafiə şuraları səmərəsizdir
20 ildir heç bir müdafiədə elmi mübahisə aparılmır

Hamlet İsaxanlı: "Ağlıma görə heç zaman zərər çəkməmişəm,
amma hisslərimə, emosiyalarıma görə çəkmişəm. İşlərim ləngiyib

Cazmenin "Buta" layihəsi üç ölkədə təqdim olunub
Şahin Növrəsli dinləyicilərdə xoş təəssürat oyadıb

"Ər və arvad" tamaşası Gürcüstanda oynanılıb
Üzeyir Hacıbəyovun "Ər və arvad" musiqili komediyası Tiflis Azərbaycan Dram Teatrında səhnəyə qoyulub.

Alim Qasımovun adı dünyaca məşhurların siyahısına düşə bilər
Amerika Birləşmiş Ştatlarının Milli Radiosunun saytı xəbər verir ki, 2010-cu ilin əvvəllərində səsi dünyaca məşhur 50 sənət adamının adı açıqlanacaq.

Azərbaycanlı musiqiçi Qran-pri alıb
Bu ilin 23-26 noyabr tarixlərində Bolqarıstanın Stara Zaqora şəhərində gənc trubaçıların V Beynəlxalq müsabiqəsində azərbaycanlılar da iştirak ediblər.

"Təxəllüsü Mixaylo" sayca 3-cü dəfə festivala qatılıb
Dekabrın 9-13-də Rusiyanın Yekaterinburq şəhərində "İnsan və müharibə" adlı 3-cü beynəlxalq kinofestival keçiriləcək.

Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb
Moskvada yaşayan Azərbaycan yazıçısı Çingiz Hüseynovun yeni kitabı işıq üzü görüb. Rusiya paytaxtında 3 min tirajla buraxılan topluda yazıçı "Məhəmməd, Məmməd, Məmiş", "Ailə sirləri" romanlarını cəmləyib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər