Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Həbsxanadakı jurnalistin səhhəti pisləşib
Həbsxanadakı jurnalistin səhhəti pisləşib
Müşfiq Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir
Şənbə, 05.12.2009

İ.Telmanoğlu mətn ölçüsü  

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi "Bizim yol" qəzetinin 2007-ci ildə rüşvət alma ittihamı ilə həbs edilmiş əməkdaşı Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə bağlı məlumatlara dair bəyanatla çıxış edib ("Turan").

"Biz Azərbaycan hakimiyyətini humanistlik göstərərək, Müşfiq Hüseynovun dərhal zəruri tibbi yardım ala bilməsi üçün onun həbs müddətini azaltmağa çağırırıq", - deyə JMK-nın Avrasiya proqramının koordinatoru Nina Oqnyanova bildirib.

"Hüseynovun səhhəti ilə bağlı narahatlığımız bu ilin avqustunda zəruri tibbi yardımdan imtina edildiyi üçün Azərbaycan həbsxanasında jurnalist Novruzəli Məmmədovun vəfat etməsi ilə əlaqədardır", - deyə Oqnyanova qeyd edib.

Dünən isə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində Müşfiq Hüseynovun atası Tofiq Hüseynov mətbuat konfransı keçirərək jurnalistin səhhətinin kritik durumda olması barədə məlumat verib.

Tofiq Hüseynov ölkə ictimaiyyəti və beynəlxalq təşkilatları vərəm xəstəsi olan oğlunun həbsdən azad edilməsinə yardım göstərməyə çağırıb.

Jurnalistin bacısı Dilbər Qasımova isə bildirib ki, Müşfiqi Novruzəli Məmmədovun taleyi gözləyir: "Təcili tədbirlər görülməsə, Müşfiq öləcək. Müstəqil həkimlər təsdiq edirlər ki, onu həbsdə müalicə etmək mümkün deyil. Birinci növbədə onun temperaturunu aşağı salmaq lazımdır, amma bu edilmir və onun temperaturu əvvəlki kimi 38 dərəcədən aşağı düşmür. Ağ ciyərinin biri vərəmdən deşilib. Ona təkcə təmiz hava deyil, həm də vitaminlər lazımdır. Ən əsası isə, depressiyadan çıxarılmalıdır. Həbsxanada həkimlər yalnız Müşfiqi həyatda saxlamağa yardım edir, amma bu ona lazım olan müalicə deyil", - deyə D.Qasımova bildirib.

O qeyd edib ki, Müşfiqin həyat yoldaşı və üç övladının ciddi yardıma ehtiyacı var, çünki onların yaşamaq üçün vəsaiti yoxdur. "Biz onun azad edilməsinə yardım və ailəsinə dəstək göstərilməsini xahiş edirik", - deyə D.Qasımova bildirib.

Jurnalistin atası həmçinin bildirib ki, oğlunun azad edilməsi üçün əfv istəməyə hazırdır və ümid edir ki, onun bu istəyi təmin ediləcək.

Bazar ertəsi saat 12-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu hüquq müdafiəçiləri və KİV redaktorlarının iştirakı ilə bu məsələ ilə bağlı növbəti mətbuat konfransı keçirəcək. Tədbirin məqsədi ümumi, razılaşdırılmış tədbirlər işləyib hazırlamaq və ölkə rəhbərliyinə Müşfiq Hüseynovu azad etmək çağırışı ilə müraciət etməkdir.

Qeyd edək ki, Müşfiq Hüseynov 21 yanvar 2008-ci ildə CM-in 311.1-ci (rüşvət alma) maddəsi ilə 6 il müddətinə həbs edilib. Elə həmin il aprelin 4-də Apellyasiya Məhkəməsi həbs müddətini bir il azaldıb.

2009-cu ilin mayında Əzizbəyov rayon Məhkəməsi Hüseynovun cəzasının qalan hissəsindən azad edilməsi haqqında müraciətini təmin etməyib. CM-in 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən, Müşfiq Hüseynov ağır xəstəliyi ilə əlaqədar həbs cəzasının qalan hissəsindən azad edilə bilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc fəalların həbsi ilə bağlı etirazlar davam edir

Ağasif Şakiroğluna qarşı qaldırılmış cinayət işinə xitam verilib

İran: amansız repressiyalar davam edir

Azərbaycanlı jurnalist vəkilsiz mühakimə olunub

Media hərbçilərdən nə istəyir?

Bölmənin digər xəbərləri
 
Hökumət aztəminatlıların durumunu yaxşılaşdırmaq istəyir
Dövlət proqramı hazırlanıb, yeni Mənzil Məcəlləsində dəyişiklik edilib

Elmi müdafiə şuraları səmərəsizdir
20 ildir heç bir müdafiədə elmi mübahisə aparılmır

Özəl səhiyyə: onillik yola baxış
Birinci Azərbaycan başladı və gəldiyimiz nöqtə

Təchizatçıların nikbin qış vədləri
Bunlar gerçək olacaqmı? Sualı sınağa çəkilənlər cavablandıracaq

15 yaşdan kiçik uşaqların işləməsi qadağan edildi
Qanunu pozan iş adamları inzibati məsuliyyətə cəlb olunacaq

Misir Mərdanov: "İndi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb"
Gənc tədqiqatçılara meydan var



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər