Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Misir Mərdanov: "İndi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb"
Misir Mərdanov: "İndi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb"
Gənc tədqiqatçılara meydan var
Şənbə, 05.12.2009

İ.Umudlu mətn ölçüsü  

"Əgər 90-cı illərin əvvəllərində bu sahəyə həvəs yox idisə, indi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb" - bu sözləri dünən Azərbaycan Dillər Universitetində "Gənc tədqiqatçıların və doktorların XIV Respublika konfransı"nın işə başlamasından əvvəl təhsil naziri Misir Mərdanov jurnalistlərin qarşısında söyləmişdir.

ADU-da gənc tədqiqatçıların XIV Respublika konfransında təhsil naziri Misir Mərdanov, ADU-nun rektoru, parlamentin beynəlxalq əlaqələr komitəsinin rəhbəri, AŞ PA-nın vitse-prezidenti, millət vəkili, professor Səməd Seyidov, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin rektorları və elmi ictimaiyyətin digər tanınmış isimləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Misir Mərdanov demişdir ki, bu konfrans Azərbaycan Dillər Universiteti tərəfindən yüksək səviyyədə təşkil olunub. Nazir əlavə olaraq bildirdi ki, hər il keçirilən bu tipli konfranslar davamlı olaraq aparılmalı, lazım gəldiyi təqdirdə təkmilləşdirilməli və daha da stimullaşdırılmalıdır.

Daha sonra təhsil naziri Misir Mərdanov ötən konfransın - "Aspirantların və gənc tədqiqatçıların XIII Respublika elmi konfransı"nın nəticələri barədə məlumat verib. Bildirib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin bazasında 6-7 mart 2009-cu il tarixində keçirilmiş həmin konfransda 300-ə qədər doktorant və gənc tədqiqatçı iştirak etmişdir. Konfransın təşkilat komitəsinin qərarını və bölmə sədrlərinin uyğun təkliflərini nəzərə alaraq konfransın işində fəal iştirak etmiş 43 doktorant və gənc tədqiqatçıya Təhsil Nazirliyinin sertifikatlarının verilməsi, 3 nəfərin noutbukla mükafatlandırılması və bölmə sənədlərinə təşəkkür elan olunması haqqında təhsil naziri müvafiq əmr imzalamışdır. Konfransın materialları Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən çap olunmuş, ali məktəblərə və konfrans iştirakılarına hədiyyə edilmişdir.

Rektor Səməd Seyidov belə mötəbər bir tədbirin məhz ADU-da keçirilməsinə qərar verildiyi üçün təhsil nazirinə təşəkkürünü bildirib. Rektor başçılıq etdiyi universitetdə aparılan islahatlar barədə söz açıb. Azərbaycan Dillər Universitetin bu gün dünyanın öndə gedən ali təhsil ocaqları ilə ayaqlaşa bilən bir universitet kimi xarakterizə edib: "ADU-da hər zaman elmə, təhsilə yüksək qiymət verilib. 2008 və 2009-cu illər ADU-da elm ili elan olunub və bu fəaliyyətin nəticəsi olaraq universitetdə elm sahəsində böyük işlər görülüb".

ADU mətbuat xidmətinin yaydığı xəbərə görə, iki gün davam edəcək kofransda ölkədə fəaliyyət göstərən 24 ali təhsil müəssisəsindən tədqiqatçılar iştirak edəcək. 19 bölmə üzrə 300 məruzəçinin məruzələri dinləniləcək.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Hökumət aztəminatlıların durumunu yaxşılaşdırmaq istəyir
Dövlət proqramı hazırlanıb, yeni Mənzil Məcəlləsində dəyişiklik edilib

Elmi müdafiə şuraları səmərəsizdir
20 ildir heç bir müdafiədə elmi mübahisə aparılmır

Özəl səhiyyə: onillik yola baxış
Birinci Azərbaycan başladı və gəldiyimiz nöqtə

Təchizatçıların nikbin qış vədləri
Bunlar gerçək olacaqmı? Sualı sınağa çəkilənlər cavablandıracaq

15 yaşdan kiçik uşaqların işləməsi qadağan edildi
Qanunu pozan iş adamları inzibati məsuliyyətə cəlb olunacaq

Həbsxanadakı jurnalistin səhhəti pisləşib
Müşfiq Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər