Hal-hazırda Ayna qəzetinin 05.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
15 yaşdan kiçik uşaqların işləməsi qadağan edildi
15 yaşdan kiçik uşaqların işləməsi qadağan edildi
Qanunu pozan iş adamları inzibati məsuliyyətə cəlb olunacaq
Şənbə, 05.12.2009

F. Sabirqizi mətn ölçüsü  

Bundan sonra 15 yaşı tamam olmayan uşaqların işə götürülməsi qadağandır və onları işə qəbul edənlər məsuliyyətə cəlb olunacaqlar. Bu haqda Milli Məclisin dünənki iclasında qərar qəbul edildi. Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət edəcək.

Əmək Məcəlləsinə dəyişikliyə görə isə iş adamlarına uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağan olunur. 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən iş adamları məsuliyyətə cəlb olunacaqlar. Yaşı 15-dən az olan şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqavilə bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb edilir.

Sənədin müzakirələri zamanı çıxış edən millət vəkili Qüdrət Həsənquliyev uşaqların ailələrə verilməsi sahəsində problem olduğunu dedi və elə özü də bu məsələnin həllini təklif etdi. Onun sözlərinə görə, övladlığa uşaq götürmək istəyən vətəndaşlar uzun illər gözləməli olurlar: "Belə bir hal mənim sinif yoldaşımın başına gəlib. Onlar çox normal ailədir. Amma 3 ildir bu ailə övladlığa uşaq götürə bilmir. Bütün əlaqədar təşkilatlar da bu məsələni həll edə bilmir".

Deputat Fazil Qəzənfəroğlu çıxışında bildirdi ki, əlavə və dəyişikliklərin bu formada qəbulu problemlər yaradacaq: "Bu dəyişikliklər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yeri tapmalarına, müstəqil yaşamalarına problem yaranmasın".

İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov buna cavab olaraq dedi ki, layihə prezident tərəfindən imzalandıqdan sonra Nazirlər Kabineti uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısını hazırlayacaq.

"Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn isə uşaqlar üçün verilən müavinətlərin bərpa olunmasını təklif etdi: "Azərbaycanda 2 milyon 21 min uşaq var. Ayda hər uşağa 10 manat müavinət verilsə, ayda 20 milyon, ildə 240 milyon manat edir. Hansı ki, hər il ünvanlı sosial yardımlara 210 milyon manat ayrılır və mənimsənir. Digər mənbələr hesabına ayda uşaqlara 15-20 manat müavinət verilə bilər". Deputat dedi ki, bundan başqa, anadan olan hər uşağın adına hesab açılmalı və dövlət ora pul köçürməli, uşaqlar anadan olandan dövlət himayəsinə götürülməlidir: "Çoxuşaqlı analara verilən pensiya güzəştləri də bərpa olunmalıdır".

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə Pənah Hüseynin təklifini tənqid etdi: "Uşaq pullarının bərpası mümkün deyil. Nazirin də, deputatın da, kasıbın da uşağı var. Onların hamısına eyni formada müavinət verilə bilməz. Ünvanlı sosial yardımlar ona görə verilir ki, ehtiyacı olanlara çatsın".

Deputat Qənirə Paşayeva bu sənəddən doğacaq digər problemdən danışdı: "15 yaşa çatmayan uşaqların işə cəlb olunmasına görə vəzifəli şəxslər cərimələnəcək. Amma bəzi işəgötürənlər çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər. Yəni 15 yaşa çatmayan uşaqların işə qeyri-rəsmi cəlbolunma təhlükəsi var. Mən qorxuram ki, bəzi istismarlar ortaya çıxa bilər". Ona görə də Qənirə Paşayeva məcəllənin icrasına nəzarət edəcək qurumların ciddi işləməsinə ehtiyac olduğunu vurğuladı. Deputat qanunu pozanlara qarşı ciddi ölçü götürülməsini də vacib saydı.

Uzun müzakirələrdən sonra deputatlar sənədin qəbuluna səs verdilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Uşaqlar üçün "qaynar xətt" açılacaq

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Gənclər Evi yaradılır

Arılar qoruqda yerləşdirilə bilər

Bölmənin digər xəbərləri
 
Hökumət aztəminatlıların durumunu yaxşılaşdırmaq istəyir
Dövlət proqramı hazırlanıb, yeni Mənzil Məcəlləsində dəyişiklik edilib

Elmi müdafiə şuraları səmərəsizdir
20 ildir heç bir müdafiədə elmi mübahisə aparılmır

Özəl səhiyyə: onillik yola baxış
Birinci Azərbaycan başladı və gəldiyimiz nöqtə

Təchizatçıların nikbin qış vədləri
Bunlar gerçək olacaqmı? Sualı sınağa çəkilənlər cavablandıracaq

Misir Mərdanov: "İndi Azərbaycanda elmin inkişafı üçün əlverişli şərait yaradılıb"
Gənc tədqiqatçılara meydan var

Həbsxanadakı jurnalistin səhhəti pisləşib
Müşfiq Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər