Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
İTV cəzalandırıldı
İTV cəzalandırıldı
Buna səbəb Eurovision müsabiqəsinin yayımı zamanı Ermənistan ifaçısının telefon nömrələrinin ekranda göstərilmədiyi olub
Cümə, 27.11.2009


E.Ilkin
mətn ölçüsü  

Avropa Yayım Birliyi (AYB) 2009-cu ilin Eurovision mahnı müsabiqəsinin yayımı zamanı pozuntulara yol verən iki televiziyanın cəzalandırılması barədə qərar verib. Dünən yayılan qərarda bildirilir ki, Azərbaycanın ictimai televiziyası - İTV müsabiqənin gedişi zamanı telefon nömrələrinin ekrandan verilməsi qaydasını pozduğu üçün təzminat və cərimə ödəməlidir. Bundan başqa, qərara əsasən, belə qayda pozuntusu təkrarlanarsa, İctimai TV üç il müddətinə Eurovision mahnı məsabiqəsindən kənarlaşdırıla bilər.

Həmin müsabiqədən sonra AYB-yə şikayət daxil olmuşdu ki, İTV Ermənistandan olan iştirakçının ifası zamanı ona səs vermək üçün lazım olan telefon nömrəsini ekranda göstərmir. AYB qərar barədə İTV-ni məlumatlandırdığını bildirir. Amma hələlik İTV-dən bu qərarla bağlı bir reaksiya məlum deyil.

Azərbaycanda bir neçə musiqi həvəskarının da Ermənistandan olan iştirakçıya səs verdiyi üçün MTN-ə çağırıldığı deyilmişdi. Bu məsələni araşdıran AYB öz qaydalarına dəyişiklik etmişdi. Dəyişikliyə görə, bundan sonra belə hallar baş verərsə, həmin ölkədə Eurovision mahnı müsabiqəsini təşkil edən televiziya (bu halda İTV) cəzalandırılacaq.

Dünən yayılan qərarda İspaniyanın RTVE televiziyası da cəzalandırılıb. Buna səbəb kimi də televiziyanın Eurovision mahnı müsabiqəsinin yarımfinalını yaymadığı göstərilir. İspaniya televiziyası da təzminat və cərimə ödəməli olacaq. Avropa Yayım Birliyi bir daha qeyd edib ki, Eurovision mahnı müsabiqəsinin qaydalarının pozulması ilə heç vaxt barışmayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Eurovision-2010"un keçiriləcəyi məkan bəlli oldu

"Eurovision-2009"da səsverənlərin siyahısı Azərbaycanda yoxdur"

"Eurovision-2010" təmsilçimiz noyabra kimi bilinəcək

Sərnişin nəqliyyatı, "qayda-qanun" və çörəkpulu

"Eurovision" iştirakçısı 46 namizəddən seçiləcək

Bölmənin digər xəbərləri
 
"Enerji Körpüsü" 2015-ci ildə gerçəkləşəcək
Bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik xətləri çəkilməlidir

Prokurorluğun müstəntiqi - dələduz
Onu orqanlardan qovub və haqqında cinayət işi başladıblar

Bakı-Şamaxı avtoyolu istifadəyə verildi
Dünən Bakı-Şamaxı avtoyolu yenidənqurmadan sonra istismara verildi. Mərasimdə prezident İlham Əliyev iştirak edirdi.

"Fatimeyi-Zəhra" məscidi söküləcək
Allahşükür Paşazadə: "Bu, dinə, etiqada hörmətsizlikdir"
Hacı İlqar: "Məscid sökülərsə, biz QMİ rəhbərliyini suçlu biləcəyik"




Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər