![]() |
çap et |
|
|||
Dünən Bakı-Şamaxı avtoyolu yenidənqurmadan sonra istismara verildi. Mərasimdə prezident İlham Əliyev iştirak edirdi.
İşlərin baş podratçısı "Todini" İtaliya şirkətidir. Subpodratçı kimi "Akkord İnşaat Sənaye" ASC (yolun 9-77 kilometri) və "Azərinşaatservis" MMC (78-122,7 km) çalışmışdır ("Turan"). Layihəyə əsasən, cəmi 17,7 km birinci texniki kateqoriyaya uyğundur və dördzolaqlıdır. Yolun qalan hissəsi ikinci texniki kateqoriyanın tələblərinə cavab verir və ikizolaqlıdır. Avtoyolda 5-i yeni olmaqla, 7 körpü var. Bakı-Şamaxı avtoyolunda yenidənqurma 2007-ci ilin avqustunda başlanılıb. Layihənin qiyməti 78 mln. manat təşkil edir. İşlərin 20%-ni Azərbaycan hökuməti maliyyələşdirib. Vəsaitin qalan hissəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilib. Əlavə edək ki, dövlət rəhbərliyi tərəfindən yolun sentyabrın 1-dək təhvil verilməsi tapşırılmış olsa da, işləri üç ay gec başa çatdırmaq mümkün olmuşdur. Bu müasir avtoyol bölgənin turizm potensialının inkişafına, Bakı və Sumqayıtın kənd təsərrüfatı məhsulları ilə təminatına müsbət təsir göstərəcək, insanların mənzil başına tez və rahat çatmasını təmin edəcəkdir. |