Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Bakı-Şamaxı avtoyolu istifadəyə verildi
Bakı-Şamaxı avtoyolu istifadəyə verildi
Cümə, 27.11.2009

mətn ölçüsü  

Dünən Bakı-Şamaxı avtoyolu yenidənqurmadan sonra istismara verildi. Mərasimdə prezident İlham Əliyev iştirak edirdi.

İşlərin baş podratçısı "Todini" İtaliya şirkətidir. Subpodratçı kimi "Akkord İnşaat Sənaye" ASC (yolun 9-77 kilometri) və "Azərinşaatservis" MMC (78-122,7 km) çalışmışdır ("Turan").

Layihəyə əsasən, cəmi 17,7 km birinci texniki kateqoriyaya uyğundur və dördzolaqlıdır. Yolun qalan hissəsi ikinci texniki kateqoriyanın tələblərinə cavab verir və ikizolaqlıdır. Avtoyolda 5-i yeni olmaqla, 7 körpü var.

Bakı-Şamaxı avtoyolunda yenidənqurma 2007-ci ilin avqustunda başlanılıb. Layihənin qiyməti 78 mln. manat təşkil edir. İşlərin 20%-ni Azərbaycan hökuməti maliyyələşdirib. Vəsaitin qalan hissəsi Dünya Bankının krediti hesabına maliyyələşdirilib.

Əlavə edək ki, dövlət rəhbərliyi tərəfindən yolun sentyabrın 1-dək təhvil verilməsi tapşırılmış olsa da, işləri üç ay gec başa çatdırmaq mümkün olmuşdur. Bu müasir avtoyol bölgənin turizm potensialının inkişafına, Bakı və Sumqayıtın kənd təsərrüfatı məhsulları ilə təminatına müsbət təsir göstərəcək, insanların mənzil başına tez və rahat çatmasını təmin edəcəkdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
"Enerji Körpüsü" 2015-ci ildə gerçəkləşəcək
Bunun üçün Gürcüstan ərazisində yüksək gərginlikli elektrik xətləri çəkilməlidir

Prokurorluğun müstəntiqi - dələduz
Onu orqanlardan qovub və haqqında cinayət işi başladıblar

"Fatimeyi-Zəhra" məscidi söküləcək
Allahşükür Paşazadə: "Bu, dinə, etiqada hörmətsizlikdir"
Hacı İlqar: "Məscid sökülərsə, biz QMİ rəhbərliyini suçlu biləcəyik"


İTV cəzalandırıldı
Buna səbəb Eurovision müsabiqəsinin yayımı zamanı Ermənistan ifaçısının telefon nömrələrinin ekranda göstərilmədiyi olub



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"

"Azərbaycan üzvlük üçün NATO-ya müraciət etməlidir"


Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət

Mübariz İbrahimov üçün RF səfirliyinə müraciət


Bahalaşma süni yolla yaradılır

Bahalaşma süni yolla yaradılır


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər