![]() |
çap et |
|
|||
Qusar rayon Prokurorluğunun böyük müstəntiqi Ələmşah Şükürov "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin tələblərini kobud şəkildə pozduğuna görə bu il noyabrın 25-də rütbədən məhrum olunmaqla, prokurorluq orqanlarından xaric edilib ("Turan"). Bu barədə Respublika Prokurorluğunun mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ələmşah Şükürov xidməti vəzifəsinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməklə, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onların əmlakını ələ keçirib və bununla da fiziki şəxslərin qanunla qorunan hüquqları və qanuni mənafelərinə mühüm zərər vurub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3-cü və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılır. |