Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Büdcə dəyişdirilib qəbul edildi
Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı
Cümə, 27.11.2009

Fərəh mətn ölçüsü  

Dünən Milli Məclis "Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsini təsdiqlədi. Layihəni təqdim etmək, həm də sənədə edilən dəyişikliklər barədə deputatlara məlumat vermək üçün maliyyə naziri Samir Şərifov çıxış etdi.

Nazirin sözlərinə görə, Milli Məclisin hökumətə verdiyi vaxt ərzində dövlət büdcəsinə yenidən baxılıb və bu zaman deputatların təkliflərindən bəziləri nəzərə alınıb. Hökumətdə aparılan müzakirələr nəticəsində qərara alınıb ki, icmal büdcəsi 20 milyon manat artırılaraq 12 milyard 636 milyon manata çatdırılsın. Belə ki, hökumət Dövlət Neft Fondunun xərclərinin 20 milyon manat artırılmasına qərar verib. Bu vəsait ekoloji problemlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Nazir dedi ki, hökumət bundan əlavə, deputatların təkliflərinə əsasən, dövlət büdcəsinin xərc strukturunda da bəzi dəyişikliklər edib. Bir neçə sahə üzrə nəzərdə tutulan vəsaitlər artırılıb. Belə ki, elmi-tədqiqat institutlarının fəaliyyətinin yaxşılaşdırılması, müasir avadanlıqlarla təminatının gücləndirilməsi üçün elm xərclərinə əlavə olaraq 3 mln. manat, dərman preparatları ilə təchizatın yaxşılaşdırılması ilə bağlı səhiyyə xərclərinə əlavə olaraq 4 mln. manat, tarixi abidələrin bərpası, xaricdə Azərbaycan mədəniyyət mərkəzləri yaradılması, sənədli filmlər çəkilişi və digər mədəniyyət tədbirlərinin maliyyələşdirilməsi üçün mədəniyyət xərclərinə əlavə olaraq 6,3 mln. manat ayrılıb.

Bundan başqa, Milli Məclisin və Xarici İşlər Nazirliyinin əməkhaqqı fondunu müvafiq olaraq 458 min və 580 min manat artırmaq məqbul sayılıb. Ümumilikdə, deputatların təklifi ilə ayrı-ayrı sahələr üçün təklif olunan cəmi 14,3 mln. manat vəsaitin 13,3 milyon manatı sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Amma bütün bu dəyişikliklər büdcənin ümumi xərclərini artırmayıb. Nazir dedi ki, digər sahələrə yönəldilən vəsaitlər büdcənin xidmət xərcləri bölməsində valyuta ehtiyatlarının konventarizasiyası üçün nəzərdə tutulan vəsaitlərdən götürülüb. Yəni həmin iş üçün nəzərdə tutulan vəsait 14,3 milyon manat azaldılıb. Bununla da 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat olaraq qalıb.

Dövlət büdcəsinin kəsiri isə 1,249 milyard manat həcmində proqnozlaşdırılır. Bundan sonra dövlət büdcəsi 101 nəfər lehinə, 8 nəfər əleyhinə olmaqla qəbul edildi. İclasda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi də təsdiq edildi. Fondun sədri bildirdi ki, DSMF-nin 2010-cu il büdcəsinin gəlir və xərcləri müvafiq olaraq 1.757,216 mln. manat səviyyəsində müəyyənləşdirildi.

Deputatlar yaşayış minimumunu 87 manat, ehtiyac meyarını isə 65 manat məbləğində təsdiqlədilər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Büdcəyə vergi daxilolmaları arta bilər

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Neftin qiyməti yenə də qalxarsa...

Metroda artım digər nəqliyyat növlərini də bahalaşdıra bilər

Gələn ilin büdcə layihəsi hazırdır

Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər