Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq
Cümə, 27.11.2009


Eldəniz
mətn ölçüsü  

Dünən Media Mərkəzində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) "23 dekabr 2009-cu il bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi ilə bağlı Aralıq Hesabat"ı təqdim edib.

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlının sözlərinə görə, bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsinin birinci mərhələsi 8 oktyabr - 24 noyabr tarixlərini əhatə edir. Onun sözlərinə görə, SMDT 96 seçki dairəsində seçkiqabağı siyasi mühiti, seçki komissiyalarının fəaliyyəti, namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesini müşahidə edib. Müşahidənin nəticələri onu göstərir ki, ölkədə bələdiyyə seçkilərinin azad və demokratik qaydada keçirilməsi üçün normal şərait təmin edilməyib. Belə ki, bələdiyyə seçkiləri ərəfəsində sərbəst toplaşmaq azadlığı, siyasi fəaliyyət imkanları, söz və mətbuat azadlığına təminatla bağlı vəziyyət dəyişilməyib. Süleymanlı qeyd edib ki, builki bələdiyyə seçkilərinin ilk mərhələsində siyasi fəallıq və seçkilərə maraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə müqayisədə "xeyli aşağıda olub".

Səciyyəvi pozuntular olaraq, Süleymanlı icra hakimiyyəti orqanlarının seçkilərdə iştirak etmək istəyini bildirən müxalifət partiyalarının fəallarına təzyiqlərini qeyd edib. Belə faktlar daha çox Neftçala, Ağcabədi, Şəmkir, Beyləqan seçki dairələrində qeydə alınıb.

Süleymanlı həmçinin MSK-nın bəzi hallarda seçki kampaniyası zamanı pozuntular haqqında şikayətləri araşdırmaqdan imtina etdiyini qeyd edib. Misal olaraq, xatırladıb ki, Müsavat Partiyası üzvlərinin Bərdə şəhərində olan təzyiqlərlə bağlı MSK-ya müraciət etməsinə baxmayaraq, MSK ekspertlər qrupu şikayətin onun "səlahiyyətlərinə aid olmadığını" vurğulayıb. Bəzi siyasi təşkilatların bələdiyyə seçkilərində fəal iştirak etmədiyi seçici fəallığına da mənfi təsir edəcək. Seçkiqabağı təşviqat prosesinin son bələdiyyə seçkisi ilə müqayisədə rəqabətsiz şəkildə keçməsi narahatlıq yaradır.

Sonda Süleymanlı bələdiyyə seçkilərinin ilkin mərhələsinin nəticələrinə əsasən, namizədlərin irəli sürülməsi və qeydiyyatı zamanı yol verilmiş qanun pozuntularının araşdırılması, seçki hüququnu pozan bütün şəxslərin, xüsusən də yerli icra strukturları nümayəndələrinin məsuliyyətə cəlb edilməsi və cəzalandırılması zərurətini qeyd edib.

23 dekabr bələdiyyə seçkilərində 1718 yerli özünüidarə orqanında 15.682 yer uğrunda 31.861 namizəd mübarizə aparacaq. Bunun 15.388 nəfəri hakim "Yeni Azərbaycan" Partiyası tərəfindən rəsmi olaraq irəli sürülmüş namizədlərdir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dövlət radiosunun rəhbəri dəyişdi

Hökməlidə hökm kimin olacaq?..

Mövlud Süleymanlı: "Özümü dünya çapında maraqlı yazıçı sayıram"

Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı

İran hakimiyyətinin legitimlik problemi

Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər