Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur
Cümə, 27.11.2009

Xaqani İbadov mətn ölçüsü  

2005-ci ildə siyasi məhbus məsələsinin araşdırılması üçün hakimiyyətin hüquq müdafiəçiləri ilə birgə yaratdığı İşçi Qrup dağılıb. Bunu "Ayna"ya İşçi Qrupun üzvü olan hüquq müdafiəçisi Səidə Qocamanlı danışdı.

"İşçi Qrupun fəaliyyət göstərdiyi ilyarım ərzində 77 siyasi məhbus azadlığa buraxılıb. İşçi Qrupun xeyri ondan ibarət idi ki, biz orada dövlət strukturlarının nümayəndələri ilə bir yerdə bir sıra məsələləri çözə bilirdik. İşçi Qrupda konstruktiv dialoq yaranmışdı. Çox təəssüf ki, həm iqtidarda olan bəzi məmurların, həm də bəzi müxalifət partiyalarının əli ilə bu qrup dağıdıldı", - deyə S. Qocamanlı təəssüflə qeyd etdi.

"Bizə yönələn əsas ittiham ondan ibarətdi ki, biz siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin edilməsinə qarşıyıq. Çünki biz bilirdik ki, yeni məruzəçi heç nə edə bilməyəcək. Vaxt bizim haqlı olduğumuzu göstərdi. Artıq bir ildir yeni məruzəçi təyin edilib, amma indiyə qədər Azərbaycana nə gəlib, nə də problemlə maraqlanıb. Siyasi məhbus məsələsi havadan asılı vəziyyətdə qalıb".

İşçi Qrupun tərkibinə Prezident Administrasiyası işçiləri, Milli Məclisin deputatları, Aərbaycanın Avropa Şurasındakı heyətinin üzvləri, baş prokurorluq, Ədliyyə Nazirliyinin işçiləri və hüquq müdafiəçləri daxil idi. İşçi Qrup yaranan zaman siyasi məhbus məsələsinin araşdırılacağı ilə bağlı birgə memorandum da imzalanıb Avropa Şurasına göndərilmişdi.

Hüquq müdafiəçilərinin hazırda işlədikləri əsas şəxs AŞ İnsan Hüquqları Komissarı Tomas Hammerberqdir.

"Siyasi məhbus" məsələsi Azərbaycanın başı üstündə asılmış "Domokl qılıncı" kimidir" - Səidə Qocamanlı belə deyir. Hüquq müdafiəçisi qeyd etdi ki, bu günə qədər Avropa Şurası qarşısında ən vacib öhdəlik olan bu məsələ öz həllini tapmayıb.

"Hazırda Hüqüq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun siyahısında 25 siyasi məhbus var. Burada ən utanc gətirən fakt isə jurnalistlərin adlarının olmasıdır.

Hüquq müdafiəçiləri hazırda ömürlük həbs cəzasına məhkum edilənlərin cəzalarının 15 ilə endirilməsi ilə bağlı məsələ üzərində işləyirlər. S. Qocamanlının sözlərinə görə, onların əksəriyyəti xəstədir. "Biz hazırda bu məsələnin Avropa Şurası səviyyəsində həlli ilə məşğuluq. Çox güman ki, qurumun 2010-cu ilin yanvar ayındakı sessiyasında bu problemə toxunulacaq. Bununla bağlı dövlətin rəsmi strukturlarına da müraciət etmişik. Hələlik məsələ müzakirə səviyyəsindədir".

S.Qocamanlı həmçinin qeyd etdi ki, bu ilin sonuna yeni əfv fərmanı gözlənir. O deyir: "Amma bu siyahıya bizim siyasi məhbus saydığımız şəxslərin salınıb-salınmayacağını deyə bilmərəm".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Orucluqda evə gəldi, həbs olundu

Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər