Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
"Torpaqları itirməkdənsə"
"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."
Cümə, 27.11.2009


İ.Eldəniz
mətn ölçüsü  

"Azərbaycanı NATO Parlament Assambleyasında təmsil edən bir şəxs kimi deyirəm ki, Azərbaycan Dağlıq Qarabağ problemini həll etməyənə qədər hətta Gürcüstan kimi diz çöküb yalvarsa belə, heç kim onu alyansa üzv qəbul etməyəcək".

Bunu parlamentdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, bu baxımdan Azərbaycan Rusiya ilə iş aparmalı və çalışmalıdır ki, Moskva Ermənistana dəstək verməsin: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə, hətta Azərbaycan Kollektiv Təhlükəsizlik Təşkilatına üzv də ola bilər. Azərbaycan Rusiya hərbi bazalarını öz ərazisində yerləşdirə, sərhədləri də birgə qoruya bilər. Təki Rusiya Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarını tanısın və Ermənistana bu istiqamətdə təzyiq göstərsin".

Qüdrət Həsənquliyev burada qorxulu heç nə görmür: "Torpaqları itirməkdənsə, Rusiyanın Azərbaycanda maraqlarının nəzərə alınması istiqamətində müəyyən addımlar atmalıyıq".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə "Azadlıq" radiosuna deyib ki, Azərbaycan Qarabağ problemini bu və ya digər şəkildə Rusiya ilə birgə həll edə bilməz: "Rusiya Azərbaycanda yeni Xocalı hadisəsi törətsin, yeni faciələrə imza atsın?! Bu problemi yaradan Rusiyadır. Belə konfliktləri Cənubi Qafqazda, bütün MDB məkanında yaradan Rusiyadır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə parlamentdə səslənən bu fikirlərə hakim partiyanın reaksiya vermədiyinə diqqət çəkib:"Maraqlıdır, görəsən müxalifət deputatları Dağlıq Qarabağdan danışanda dərhal reaksiya verən YAP təmsilçiləri və iqtidaryönlü digər millət vəkilləri niyə Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı təklifinə münasibət bildirmədilər? Yoxsa onlar da bu fikirlə razıdırlar?".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

NATO və Qarabağ münaqişəsinin həlli...

Qarabağ danışıqlarından xəbər bilmək istədlər

Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər