![]() |
çap et |
|
|||
Dünən parlament eyni şəxsin iki dəfədən artıq ombudsman seçilməsinə imkan verən "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununu sonuncu oxunuşda təsdiqlədi.
Layihəni təqdim edən parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov dedi ki, Konstitusiya qanununa dəyişiklik ikinci səsvermədə 95 səslə qəbul olunmalıdır. Dəyişiklik 104 səs lehinə, 6 səs əleyhinə olmaqla qəbul olundu. Beləliklə, qanunda bir nəfərin yalnız bir dəfə ombudsman seçilməsi norması "eyni şəxs iki dəfədən artıq seçilə bilməz" variantına dəyişdirildi. Qanuna edilən digər dəyişikliyə əsasən, səlahiyyət müddəti bitmiş müvəkkil onun yerinə yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirəcək. Xatırladaq ki, Milli Məclis qanuna dəyişikliyi ilk dəfə mayın 26-da qəbul etmişdi. Azərbaycan qanunvericiliyinə əsasən, Konstitusiya qanunları və ona dəyişikliklər iki səsvermədə qəbul olunur. İkinci səsvermə birincidən altı aydan sonra keçirilir. |