Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi
Cümə, 27.11.2009

Cəsur Məmmədov mətn ölçüsü  

Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, İ.Əliyev Azərbaycan xalqını, dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edib, ən səmimi arzu və diləklərini yetirib.

Təbrikdə qeyd olunur ki, islamın bir din kimi tanınması, mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır: "Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər".

İ.Əliyev təbrikində vurğulayıb ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və dözümlülük mühitinin formalaşmasına islam dininin də müstəsna rolu olub".

"Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək. Əziz bacı və qardaşlarım! Bu bayram günündə bir daha hər birinizə can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!".

ABŞ prezidenti Barak Obama da Azərbaycan xalqına və prezident İlham Əliyevə Qurban bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir: "Hörmətli cənab prezident! Sizə və Azərbaycan xalqına sevinc dolu müqəddəs Qurban bayramı münasibətilə Amerika xalqı adından ən xoş arzularımı çatdırıram. Ümidvaram ki, bu müqəddəs bayramın ruhuna uyğun olaraq biz bütün dünyada azadlıq və sülhə nail olmaq məqsədilə birgə işləyə bilərik. Sizə və Azərbaycan xalqına gələcək illərdə xoşbəxtlik və firavanlıq arzulayıram!".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər