![]() |
çap et |
|
|||
"Şərq tərəfdaşlığı" proqramı Avropa Birliyinin 6 tərəfdaş ölkə ilə əlaqələrinin inkişafına, ikitərəfli və çoxtərəfli əsaslarla möhkəmləndirilməsinə yönəldilmiş təşəbbüsləri özündə əks etdirir. Bunu "Trend"ə müsahibəsində Avropa komissarı Benita Ferero-Valdner bəyan edib. Onun sözlərinə görə, tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsinin başlıca aspekti tərəfdaş dövlətlərin siyasi və iqtisadi meyarlara cavab verməsi şərti ilə assosiasiyaya dair razılaşmanın imzalanması perspektividir.
Komissar deyir: "Mənə məlumdur ki, bizim tərəfdaş dövlətlərimizin vətəndaşlarının AB ölkələrinə gedişini asanlaşdırmaq imkanı bu ölkələrin hökuməti üçün əsas məsələdir. Beləliklə, "Şərq tərəfdaşlığı" ayrı tərəfdaş ölkələr üçün uzunmüddətli viza rejiminin sadələşdirilməsini və onun tam liberizasiyası üzrə danışıqların perspektivlərini nəzərdə tutur. Bu hər bir ölkə ilə fərdi əsaslarla keçirilməlidir". AB xarici işlər nazirinin yeni vəzifəyə təyin edilməsi Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin həllində AB-nin rolunu aktivləşdirə bilərmi? Bu suala cavabında xanım Ferero-Valdner bildirib: "Hər şeydən əvvəl AB ATƏT Minsk Qrupu çərçivəsində bu il əldə olunan inkişafı alqışlayır və biz, əlbəttə ki, bütün maraqlanan ölkələri masaarxası danışıqlara və münaqişələrə son qoya biləcək həllərin axtarışına dair işləri davam etməyə çağırırıq. Təəssüf ki, bu münaqişələr günahsız insanlara əzab verir. AB həmişə Dağlıq Qarabağ münaqişəsinin inam tədbirlərinin möhkəmləndirilməsi yolu ilə nizamlanmasında töhfələr verməyi təklif edib və biz ümid edirik ki, bu cəhdlərimizi hər iki ölkə başa düşəcək. AB-nin regional münaqişələrin nizamlanmasında daha əhəmiyyətli rol oynaya biləcəyi barədə danışmaq olduqca tezdir". Ermənistanın son vaxtlar nümayiş etdirdiyi qeyri-konstruktivliyin indiki Türkiyə - Ermənistan yaxınlaşması ilə bağlılığının mümkünlüyü barədə sualına cavabında komissar deyib: "Görünür ki, Dağlıq Qarabağla münasibətdə yalnız bütün tərəflərin razılaşdırdığı məsələlər qəbul ediləndir. Hər iki tərəf qalan məsələlərin həlli üçün maksimal güc sərf etməyə məsuliyyət daşıyır. Əlbəttə, biz ümid edirik ki, Türkiyə və Ermənistan arasındakı yaxınlaşma ümumilikdə regionda siyasi hadisələrin inkişafına müsbət təsir edəcək". |