Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"
Cümə, 27.11.2009

C.Məzahiroğlu mətn ölçüsü  

"Şərq tərəfdaşlığı" proqramı Avropa Birliyinin 6 tərəfdaş ölkə ilə əlaqələrinin inkişafına, ikitərəfli və çoxtərəfli əsaslarla möhkəmləndirilməsinə yönəldilmiş təşəbbüsləri özündə əks etdirir. Bunu "Trend"ə müsahibəsində Avropa komissarı Benita Ferero-Valdner bəyan edib. Onun sözlərinə görə, tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsi və genişlənməsinin başlıca aspekti tərəfdaş dövlətlərin siyasi və iqtisadi meyarlara cavab verməsi şərti ilə assosiasiyaya dair razılaşmanın imzalanması perspektividir.

Komissar deyir: "Mənə məlumdur ki, bizim tərəfdaş dövlətlərimizin vətəndaşlarının AB ölkələrinə gedişini asanlaşdırmaq imkanı bu ölkələrin hökuməti üçün əsas məsələdir. Beləliklə, "Şərq tərəfdaşlığı" ayrı tərəfdaş ölkələr üçün uzunmüddətli viza rejiminin sadələşdirilməsini və onun tam liberizasiyası üzrə danışıqların perspektivlərini nəzərdə tutur. Bu hər bir ölkə ilə fərdi əsaslarla keçirilməlidir".

AB xarici işlər nazirinin yeni vəzifəyə təyin edilməsi Dağlıq Qarabağ da daxil olmaqla münaqişələrin həllində AB-nin rolunu aktivləşdirə bilərmi? Bu suala cavabında xanım Ferero-Valdner bildirib: "Hər şeydən əvvəl AB ATƏT Minsk Qrupu çərçivəsində bu il əldə olunan inkişafı alqışlayır və biz, əlbəttə ki, bütün maraqlanan ölkələri masaarxası danışıqlara və münaqişələrə son qoya biləcək həllərin axtarışına dair işləri davam etməyə çağırırıq. Təəssüf ki, bu münaqişələr günahsız insanlara əzab verir. AB həmişə Dağlıq Qarabağ münaqişəsinin inam tədbirlərinin möhkəmləndirilməsi yolu ilə nizamlanmasında töhfələr verməyi təklif edib və biz ümid edirik ki, bu cəhdlərimizi hər iki ölkə başa düşəcək. AB-nin regional münaqişələrin nizamlanmasında daha əhəmiyyətli rol oynaya biləcəyi barədə danışmaq olduqca tezdir".

Ermənistanın son vaxtlar nümayiş etdirdiyi qeyri-konstruktivliyin indiki Türkiyə - Ermənistan yaxınlaşması ilə bağlılığının mümkünlüyü barədə sualına cavabında komissar deyib: "Görünür ki, Dağlıq Qarabağla münasibətdə yalnız bütün tərəflərin razılaşdırdığı məsələlər qəbul ediləndir. Hər iki tərəf qalan məsələlərin həlli üçün maksimal güc sərf etməyə məsuliyyət daşıyır. Əlbəttə, biz ümid edirik ki, Türkiyə və Ermənistan arasındakı yaxınlaşma ümumilikdə regionda siyasi hadisələrin inkişafına müsbət təsir edəcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Püşkatma kimə nə vəd edir?

Müxalifət "xalq diplomatiyası"nı milli maraqlarımıza zidd sayır

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Moskvada Qarabağ danışıqları: ilkin razılaşma yaxındır?

Bölmənin digər xəbərləri
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər