Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Güney Qafqaz dünyanın diqqət mərkəzində
Separatçı bölgələrə Qərbin münasibəti dəyişir
Cümə, 27.11.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi, ekspert
mətn ölçüsü  

Qərb dövlətləri dünyanın yeni siyasi, iqtisadi və sosial düzəni planlarını hazırlayarkən bir sıra strateji layihələrin qısa zaman sürəsində reallaşması üçün bərk tələsirlər. Çünki bu köhnə dünyanın tarixi çox sürətlə dəyişir. 30 il öncəki kənd təsərrüfatı regionları kimi qəbul edilən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Malaziya, İndoneziya, Güney Koreya, Hindistan, Çin, Misir və digər ölkələr indi sənayeləşən regionlara çevrilib. Bu sıraya Qafqaz və Orta Asiya regionlarının da əlavə olunma ehtimalı artıb. Avropa daha çox intellektual, digər inkişaf etməkdə olan dövlətlər isə sənayeləşmə proseslərini strateji hədəfə çeviriblərsə, bu sırada uzlaşma strategiyası olmadan dünyanın harmonik inkişafına nail olmaq mümkün deyil. Buna görə də uzlaşma nöqtələrinə mane ola biləcək bütün sədlərin aşılmasına başlanılıb. Əyləc rolunu oynayan və terrorizmə dəstək verən separatçı regionların neytrallaşması proseslərinə başlanılıb.

Avropa yanlış siyasətində düzəlişlər etməyə tələsir

Rusiya, Çin, İran, Səudiyə Ərəbistanı, Misir və onların yedəyində gedən bir sıra dövlətlərin ənənəvi strateji maraqları yeni dünya düzəni ilə tədricən ya barışmalı, ya da ümumbəşəri inkişaf proseslərindən geridə qalmış bir durumda yaşamağa məhkum olunacaqlar. Sadəcə, xammal satmaqla bu dövlətlərin ümumi inkişafının səmərəsiz olması qaçılmaz bir anlamda dərk olunmaqdadır. Buna görə də "modernləşmə" texnologiyalarına üz tutmaqda israrlı görünürlər. Rusiyanın dövlət başçısı Dmitri Medvedevin apardığı yeni islahatlar artıq bunun təsdiqidir.

Avropanın strateji təhlil mərkəzləri artıq etiraf etməkdədirlər ki, ümumxristian maraqları, etnokulturoloji (Hind-Avropa nəzəriyyəsi) qavrayışlar 19-cu yüzilliyin arxivində qalmalıdır. Çünki heç bir perspektivi olmayan Ermənistan tipli regionları yemləmək artıq onlar üçün mənasız bir işə çevrilibdir. Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal boşaldılması, Gürcüstanın işğal olunmuş Abxaziya və Güney Osetiya bölgələrində xalq diplomatiyasının inkişafı sayəsində problemlərin tədricən həll edilməsi proyektləri Avropaya məxsus güc mərkəzlərinin strateji hədəfləri kimi qəbul olunub.

Bu gün Güney Qafqaz, Orta Asiya və Orta Şərqlə ortaqlaşan geostrateji maraqların uzlaşdırılması kompleks tədbirlər kimi qəbul edilməkdədir. Türkiyənin bu üç strateji coğrafi məkanda daim rolunun azaldılmasının da mənasız olmasının fərqinə varılmaqdadır. Belə ki, Avropa - Güney Qafqaz - Orta Asiya dəhlizinin inkişaf etdirilməsi məhz Türkiyədən asılı olan ən böyük amildir. Əfqanıstan, Pakistan, İraq, Suriya, Liviya, Livan, İranla bağlı ABŞ başda olmaqla Avropanın həll edə bilmədiyi bütün strateji proyektlərin məhz Türkiyənin vasitəçiliyi ilə mümkünləşdiyinin şahidinə çevrilirik.

REKLAM

Güney Qafqaz koridoru da məhz bu sırada olan əsas faktordur.

Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan sərhədlərinin açılmasını şərtləndirən amilin isə Dağlıq Qarabağ və ətraf rayonların işğalına son verilməsilə mümkün olmasını tədricən Avropanın güc mərkəzləri də etiraf etməkdədir, bu yöndə uzun müddətdir aparılan yanlış siyasətlərində düzəlişlər etməyə başlayıblar. Avropada onu da etiraf etməyə başlayıblar ki, separatizmə verilən dəstək eyni zamanda onların strateji maraqlarına qarşı vurulan ən ciddi zərbələr bumeranqıdır.

Orta Şərqdə uzun illərdir idarəolunmaz gücə çevrilmiş terror mərkəzlərinin Qərbin maraqlarına vurduğu zərbələrin fəsadları isə heç vaxt unudulmayacaq. Dünyanı terrorizm bəlasından qurtarmağın tək yolu isə ənənəvi siyasi münasibətlərin, maraqların dəyişməsidir. Azərbaycanın işğal olunmuş ərazilərinin və separatçı Dağlıq Qarabağ probleminin həlli yönündə irəli sürülən yeni təşəbbüslər də məhz buradan qaynaqlanır.

Ermənilər "qafqazlı" olmadıqlarından köçüb gedirlər

1991-ci ildən bu günə kimi Qafqaz xalqlarının birlik və bərabərliyi istiqamətində yüzlərlə təşəbbüslər olubdur. Çeçenistanın mərhum prezidenti Cövhər Dudayev hətta rəsmi şəkildə "Qafqaz Evi" Strateji Araşdırmalar Mərkəzi yaratmışdı. Gürcüstanda bu günə qədər "Qafqaz Evi" Mərkəzi fəaliyyət göstərir. 1918-ci ildə yaranan Azərbaycan xalq Cümhuriyyətinin strateji proqramında "Qafqaz Evi" məsələsi prioritet təşkil edirdi.

Hazırda yeniləşən Qafqaz siyasətində Avropadakı Qafqazəsilli diaspor təşkilatları bir araya gəlib 2010-cu ilin fevralında "Dünya Qafqaz Diaspor Təşkilatları Konfederasiyası"nın qurultayını keçirəcəklər. Tarix boyu bütün bu təşəbbüslərdə ermənilər yaxından iştirak etməyiblər. Erməni tarixçilərinin özləri də etiraf edirlər ki, onlar bir xalq olaraq özlərini daim Qafqazda "qonaq" hesab ediblər.

Erməni tarixçilərinin iki yüz ildir uydurma "Ermənistan tarixi" kitabları yazmaqla, erməni kilsəsinin də bu siyasətə açıq dəstək verməsilə dünyanın dörd tərəfinə səpələnmiş soydaşları üçün xüsusi statusla bir dövlətin yaradılması strategiyası bu gün yenidən iflasa uğrayıb. Türkiyə, Gürcüstan, İran və Azərbaycana qarşı ərazi iddiaları da məhz bu qavrayışdan qaynaqlanırdı.

Bütün qonşuları ilə düşmənçilik siyasətinin nəticəsi olaraq, indi ən ağır və məşəqqətli bir durumda yaşamağa məcbur olublar. Sadə erməni vətəndaşları isə bütün bunları həzm etmək istəmədikləri üçün, tarixən olduğu kimi, yenidən dünyanın dörd tərəfinə üz tutmağa başlayıblar. Ermənistan Dövlət Statistika Xidmətinin rəsmi açıqlamasında etiraf olunur ki, hər il orta hesabla 50-70 min erməni vətəndaş xarici dövlətlərə miqrasiya edir. Odur ki, Ermənistanda əhalinin sayının "stabil" saxlanılması üçün ikili vətəndaşlıq siyasətinə önəm verilməkdədir. Bununla da, Ermənistanda əhalinin sayının 3 milyon civarında (formal olaraq) saxlanılması mümkün olub.

İrəvanda nəşr olunan "Sobesednik Armenii" həftəlik qəzetinə müsahibə verən Dağlıq Qarabağdakı "Menk" - Kənd Təsərrüfatına Yardımlar Birliyi təşkilatının prezidenti Tiqran Kürəkyan bildirib ki, regiondan erməni əhalisi kütləvi şəkildə Rusiya və digər dövlətlərə köçüb getməyə başlayıb: "İndi təkcə Ermənistanda deyil, Dağlıq Qarabağda da həyat tərzi daha dözülməz həddə çatıb. Əgər bir regionda əhalinin sayı artmırsa, deməli, orada hər hansı bir ədalət və azadlıq yoxdur. İnsanlar daha çox buna görə həm Ermənistandan, həm də Dağlıq Qarabağdan köçüb gedirlər. Rəsmi qaydada Dağlıq Qarabağ əhalisinin sayı 130-135 min nəfər göstərilibsə də, bunlar həqiqəti əks etdirmir".

Erməni icmasının Gürcüstanda da saylarının azalma prosesi davam edir. "Mitk" Analitik İnformasiya Mərkəzinin rəhbəri İqor Muradyan: "Bizim araşdırmalarımıza görə, 2003-cü ildən etibarən Tiflis, Poti, Batumi, Kutaisi, Rustavi, Axalkələk, Bolnisi, Ninosminda, Telavi, Zalqa və digər şəhərlərdən erməni əhalisinin xarici dövlətlərə miqrasiyası sürətlə artıb. Bunun əsas səbəblərindən biri də Rusiyaya məxsus hərbi birliklərin Gürcüstandan çıxarılması, ermənilərin burada "ikinci sort" millətə çevrilməsidir" açıqlamasını veribdir.

Qlobal iqtisadi maraqlar və Qafqaz

İrəvandakı hərbi ekspert Gevorq Ağbalyan bildirib ki, "MDV çərçivəsində qurulmuş Kollektiv Təhlükəsizlik Şurası (KTŞ) çoxdan öz əhəmiyyətini itirən bir quruma çevrilib. Buna görə də Ermənistan bu qurumla birlikdə öz təhlükəsizliyini qoruyub saxlaya bilməz. KTŞ artıq formal xarakter daşıyan bir qurum kimi qəbul edilməkdədir".

"Neww.am" internet qəzetinin araşdırmasına görə, Güney Qafqazda NATO ilə birgə əməkdaşlıq daha effektiv mahiyyət daşımaqdadır. NATO üzvü olan dövlətlər isə Qafqazda beynəlxalq iqtisadi əməkdaşlıq, neft və təbii qaz boru xətlərinin, dəmir və avtomobil yollarının təhlükəsizliyinə diqqət yetirirlər. Buna görə də "dondurulmuş münaqişələr"in tezliklə həll olunması istiqamətində səylərini artırıblar.

"Aykakan Jamanak" (erməni vaxtı) qəzetinin araşdırmalarına görə, Ermənistan və erməni xalqı Qafqazda qlobal layihələrə münasibətlərini dəyişməlidir. Bunun üçün ilk addım olaraq Qərb dövlətlərinin tələb və şərtlərinə diqqətlə yanaşılmalıdır. Hakimiyyət 18 ildir davam etdirdiyi siyasətə önəm verməklə, əslində dövlətin mövcudluğunu sual altında qoyur. Hərbi xuntanı idarə edən oliqarxlar bu sıradan əsas cinayətlərin başında durublar. Bu təhlükədən qurtulmanın tək yolu Avropa ilə inteqrasiyanın şərtlərinə əməl etməkdir.

Noyabrın 22-də Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyanın görüşündə işğal olunmuş rayonların geri qaytarılması barədə artıq müəyyən irəliləyişlərin olduğunu Qərb çevrələri də etiraf edirlər. Çünki işğal olunmuş ərazilərin boşaldılmasını həm də Qafqaz və Orta Asiyanın dünya bazarına çıxışına hesablanmış strateji hədəflərin, qlobal proyektlərin həlli istiqamətində atılan addımlar kimi də dəyərləndirmək lazımdır.

İndiki halda, Qafqaz dairələri Ermənistanın proseslərin pozulması yönündə atacağı neqativ addımlara qarşı sərt tərkilər göstərməyə başlayıblar. Daim ermənipərəst mövqe sərgiləyən Fransanın "Radio France Internationale" kanalında ilk dəfə olaraq Dağlıq Qarabağ rejiminin separatizm siyasəti aparması, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmaq istəmədiyi barədə xüsusi proqramlar yayımlanmağa başlayıbdır. ABŞ Konqresinin maliyyə dəstəyilə fəaliyyət göstərən "Azadlıq" radiosunun erməni, rus və ingilis dillərindəki proqramlarında da artıq "Dağlıq Qarabağ separatçı bir regiondur. Güney Qafqazda nəhəng layihələrin reallaşmasına qarşı ən böyük təhlükə mənbəyidir" tipli xüsusi verilişlərə başlamışlar.

Qərb çevrələri Nabucco qaz boru xəttinin, Güney Qafqaz dəmir yolunun, digər nəqliyyat vasitələrinin daha tez açılmasının tərəfdarı kimi çıxış edir. Çünki Əfqanıstan, Pakistan və İran tipli terrorizm mərkəzlərinin yaratdıqları problemlər özünün əhatə dairəsini genişləndirə bilər. Qərb yeni alternativ enerji dəhlizləri qurmaqla, bütün bu prosesləri önləmək istəyir. Buna görə də Güney Qafqazda nəqliyyat dəhlizlərinin açılması strategiyasına hesablanmış layihələrin gerçəkləşdirilməsi üçün separatizm problemlərinin həlli təşəbbüslərində daha çox maraqlı görünən tərəf kimi çıxış edir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İran prezidentinin müşaviri talışlardan kitab yazıb

Bölmənin digər xəbərləri
 
AB Qarabağ münaqişəsinin nizamlanmasında iştirak edə bilərmi?
Avropa komissarı: "Bu barədə danışmaq olduqca tezdir"

Abıyevdən Mehdiyevin ünvanına ciddi ittihamlar
Deputat dünən jurnalistlərə qalmaqallı açıqlamalar verib

YAP-ın hansısa üzvü seçki kampaniyasına mane olsa...
Əli Əhmədov: "O, özünü partiyadan kənarda qoymuş olacaq"

İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
ABŞ prezidenti Barak Obama da xoş sözləri dilə gətirdi

Namazov Avropa Məhkəməsinin qərarını gözləyir
Gələn ilin parlament seçkilərinə münasibəti bundan sonra bilinəcək

Qarabağ danışıqlarından xəbər bilmək istədlər
Millət vəkillərinin bu tanış cəhdi nəticəsiz qaldı

Bir şəxs iki dəfə ombudsman ola bilər
Qanunda buna mane olan dəyişiklik aradan qaldırıldı

"Torpaqları itirməkdənsə"
Qüdrət Həsənquliyev: "Əgər biz Rusiya ilə razılaşma əldə edə biləriksə..."

Siyasi məhbuslarla bağlı İşçi Qrup dağılıb
Bu ilin sonuna yeni əfv fərmanının gözləndiyi iddia olunur

Seçkiöncəsi vəziyyət SMDT-ni qane etmir
Bələdiyyələrdə 15.682 yer uğrunda 15.388 YAP-çı mübarizə aparacaq

Büdcə dəyişdirilib qəbul edildi
Neft Fondunun xərcləri 20 milyon manat artırıldı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər