"Eurovision-2009"un qalibi, norveçli musiqiçi Aleksandr Rıbak Bakıya səfər edəcək. Etibarlı mənbənin yaydığı məlumatda bildirilir ki, bir neçə gün əvvəl Rusiyada qastrolda olan müğənninin növbəti konsertinin Azərbaycanda olacağı gözlənir.
Lakin danışıqlar davam etdiyindən onun səfərinin hansı tarixə təsadüf edəcəyi bildirilmir. Eyni zamanda, konsertin məkanı da bəlli deyil. Xəbərdə o da bildirilir ki, ilk danışıqlarda Rıbak Azərbaycana səfəri ilə bağlı müsbət cavab bildirib. Hazırda səfərin qonorar tərəfi barədə danışıqlar davam edir.
|