Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Şou-biznes  
 
 
"Yeni ulduz"un iştirakçısı hüquqlarını qoruya bilmədi
"Yeni ulduz"un iştirakçısı hüquqlarını qoruya bilmədi
İddia edirdi ki, "onun mahnısını" türkmən sənətçi "özəlləşdirib"
Cümə, 27.11.2009

Xatun mətn ölçüsü  

"Yeni ulduz" yarışmasından tanınan gənc müğənni Pərviz Mahmudov mahnılarını Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilmədiyini deyib. Müğənni bildirib ki, bu səbəbdən o, "mahnısını oğurlayan türkmən həmkarı ilə məhkəmədə hesablaşa bilməyib". Xatırladaq ki, Pərvizin müğənni Sevda Yəhyayevanın ifasında populyarlaşan "O zaman" mahnısını oğurlayıb öz ləhcəsində ifa edən DY Beqa isə azərbaycanlı müəllifin iddia etdiyi bu mahnını "özününkü" kimi təqdim edir.

Pərviz Mahmudov bununla barışmaq istəmir. O deyir:

"Türkmən müğənni onu öz istədiyi şəkildə aranjeman etdirib. Hətta mahnıya klip də çəkilib. Bu xəbər məni çox hirsləndirdi. Mahnını Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçirmək istədim. Lakin burada da problemlərlə üzləşdim. Qurumdan mənə dedilər ki, mahnının şəhadətnaməsi olmalıdır. Əslində mahnım artıq albomda var idi. Bu səbəbdən də mahnının məhz özümə aid olduğunu sübut edə bilmişdim. Mən nə qədər çalışdımsa, müəllif olduğumu sübut edə, faktı qanuniləşdirə bilmədim". Müğənni iddia edir ki, digər gənc həmkarları da belə vəziyyətlə üzləşir: "Mənim bir çox gənc həmkarlarım mahnılarını Müəllif Hüquqları Agentliyindən keçirə bilmir. Səbəbi də musiqi savadımızın olmamasıdır. Türkiyədə ən məşhur bəstəkarların musiqi savadları yoxdur (?). Necə olur ki, onlar ən yaxşı bəstəkar kimi qəbul olunur?".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ölkə dəmir yoluna milyardlar yatırılacaq

Ölkə dəmiryoluna milyardlar yatırılacaq

Bölmənin digər xəbərləri
 
Nikolay Baskov Elarizə piyar qazandırıb
Rus sənətçi onu həm burada, həm də Moskvada tərifləyib

Fidan Hacıyeva "Tanqo" oxuyacaq
Klassika və milli estrada bu layihəyə "calaq" edilib

Xatirə İslam sponsordan imtina edib
Konsertini müğənni özü maliyyələşdirəcək

"Mən prestijli konsertin əleyhinəyəm"
Nura Suri 200 bileti paylayıb, 100-nü isə satışa çıxaracaq

Özcan Dənizin Bakı konserti təxirə düşdü
Serial çəkilişləri səfərə mane olub

Aleksandr Rıbak Bakıda konsert verəcək
Onun gəlişinin tarixi və qonorarı götür-qoy edilir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər