Müğənni Xatirə İslam 2010-cu ilin ilk günlərində solo konsertə hazırlaşır. Konsertini sponsorsuz keçirməyi planlaşdıran Xatirə qeyd edib ki, artıq çəkilərdən azad olmasa, konserti təxirə düşə bilər: "Solo konsert təşkil etmək asan iş deyil. Hələ ki bu, yaradıcılıq planıma daxildir. Lakin arıqlamasam, konsert olmayacaq. Çünki artıq çəkidə özümü narahat hiss edirəm. Bu problemi tezliklə aradan qaldırmağa çalışacam. Bununla yanaşı, konsert sponsorsuz baş tutacaq. Sponsor olanda söz-söhbət də çox olur. Ona görə də istəyirəm təşkilatçılığı özüm edim. Buna isə hələ hazır deyiləm. Sponsorlar o qədər lazımsız yerə pul xərcləyirlər ki, səviyyəli bir konsertə pul ayıra bilmirlər, ayıranda da şayiələr yayılır. Bu səbəbdən konsertimi özüm maliyyələşdirməyə qərar vermişəm. Hazırda proqramın ərsəyə gəlməsi üçün lazım olan xərcləri hesablayıram".
|