Nikolay Baskov Elarizə piyar qazandırıb
 |
Rus sənətçi onu həm burada, həm də Moskvada tərifləyib
Cümə, 27.11.2009
|
|
Bir müddət əvvəl Bakıda düzənlənmiş toy məclislərinin birində qonaq qismində iştirak edən Rusiyanın əməkdar artisti Nikolay Baskov Moskvaya döndükdən sonra orada düzənlənən daha bir azəri toy məclisində iştirakı zamanı həmyerlilərimizə öz təəssüratlarını bölüşüb. Baskov azəri müğənnisi Elariz haqda yüksək fikirlər söyləyərək müğənninin ifasında "Fairytale" mahnısını eşitdiyini və çox bəyəndiyini bildirib. O qeyd edib ki, Elariz öz ifa tərzi ilə onun zövqünü oxşamağı bacarıb və toyu idarə etməsindən məmnun qaldığını söyləyib. Hətta toyda iştirak edən həmyerlilərimizə öz məclislərinə Azərbaycandan Elarizi də dəvət etmələrini tövsiyə edib.
Baskovun fikrinə biganə yanaşmayan həmyerlilərimiz Elarizə bir sıra təkliflər göndəriblər. Moskvanı dolaşıb, yenidən Bakıya qayıdan Elariz fikirlərini mətbuat işçiləri ilə bölüşməyi məqsədəuyğun bilib:
"Nikolay Baskovla bir müddət əvvəl Bakıda düzənlənən bir toy məclisində tanış olduq. Toyda o, çıxış etdikdən sonra oxumaq üçün mən dəvət aldım. O, yuxarıda adı çəkilən mahnı ilə yanaşı repertuarımı dinlədi və mənə yaxınlaşaraq müsbət fikirlər söylədi. İngilisdilli mahnının ifamda çox gözəl səsləndiyini və bu dildə səlis oxuduğumu vurğuladı. Bu günlərdə isə Moskvada yaşayan həmyerlilərimizin birinin toyunda iştirak üçün Rusiya paytaxtından mənə telefon açdılar. Onlar Baskovun mənim haqqımda fikirlərini də söylədilər. Mən təklifi qəbul edib Moskvaya yola düşdüm".
Elariz Nikolay Baskovla əlaqələrinin bundan sonra daha sıx olacağını bildirib. Onların əməkdaşlıq edəcəkləri isə gələcəyin işidir.
|
|
|
Oxşar xəbərlər:
Müğənnilərin avtomobili gözə gəlib
Yalçın Rzazadə Elarizi sənətkar adlandırdı
|
|
|