Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Kriminal  
 
 
"Əl-Qaidə"çilərə hökm oxundu
"Əl-Qaidə"çilərə hökm oxundu
Məhkəmə terrorçuları uzunmüddətli həbsə məhkum etdi
Cümə, 27.11.2009

H.Zeynalov mətn ölçüsü  

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Livan vətəndaşları - Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları - Məmmədov Cavad Məmmədrəsul oğlu, Rəsulov Vidadi Rahil oğlu, Amanov Müşfiq Əyyub oğlu, Balaşov Əfqan Yunus oğlu müttəhimlər kürsüsünü bölüşürdülər. Onlar "əl-Qaidə" terror təşkilatına mənsubluqda ittiham olunurdular.

İttiham aktında göstərilir ki, Livan vətəndaşları olan Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndərilib. Terror təşkilatı həmin şəxslərə Azərbaycanda bir sıra terror aktları həyata keçirmək, insanların daha çox olduğu yerlərdə vahimə yaratmağa çalışan hadisələr törətmək tapşırığı verib. Eyni zamanda, həmin şəxslərə göstəriş verilib ki, Azərbaycan vətəndaşlarından ibarət qrup təşkil etsinlər və daha sonra əməllərini həyata keçirsinlər.

"Hizbullah" tərəfindən göstəriş alan Livan vətəndaşları İrana gəliblər. İran İnqilab Keşikçiləri Korpusu ("Sepah") əməkdaşları tərəfindən İran sərhədindən Azərbaycana keçiriliblər. Onlar təlimata uyğun olaraq özlərinə Azərbaycan vətəndaşlarından ibarət dəstə yaratmaq üçün işə başlayıblar, Azərbaycan vətəndaşları arasında söhbətlər aparıblar, dini ayələr oxuyaraq özlərini dindar kimi təqdim ediblər. Əsasən Azərbaycanın şimal bölgəsi olan Qusar və Quba rayonlarında vətəndaşlar arasında apardıqları söhbətlərin nəticəsi olaraq özlərinə bir neçə nəfəri cəlb edə biliblər. Livan vətəndaşları azərbaycanlılar arasında ABŞ və İsrailin apardıqları siyasətin müsəlman ölkələrini qırmaqdan ibarət olduğunu, onların terrorçuluğa qarşı mübarizə aparmadıqlarını diqqətə çatdırıblar. Aparılan təbliğatdan sonra həmin Livan vətəndaşları Məmmədov Cavadı, Rəsulov Vidadini, Amanov Müşfiqi, Balaşov Əfqanı öz sıralarına cəlb edə biliblər.

Daha sonra onlar aralarında məclis qurub, öz iş prinsiplərini müəyyən ediblər. Həmin görüşlər zamanı Kərəki Əli Məhəmməd Qəbələ RLS-i partlatmağı və bununla da xarici ölkələrin Azərbaycanla əlaqəsini kəsməyi təklif edib. Məclisdə iştirak edən digər şəxslər də onun təklifi ilə razılaşıblar. Dəstə üzvləri razılığa gələndən sonra bir neçə dəfə Qəbələ RLS-in ətrafına getsələr də, ora keçməyə imkan tapa bilməyiblər. Belə olan halda dəstə üzvləri hazırladıqları planı həyata keçirməyə nail olmayıblar.

Dövlət əhəmiyyətli sirlər "Sepah"a ötürülüb

Bundan başqa, təqsirləndirilən şəxslər saxta vəsiqələr hazırlamaqla özlərini dövlət qulluqçusu kimi təqdim ediblər, müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı da məqbul hesab ediblər və İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "Sepah" ilə məxfi əməkdaşlıq etməyə başlayıblar. Onlar Azərbaycan dövlətinə məxsus gizli məlumatları, eyni zamanda hərbi sirləri əldə edərək, həmin təşkilata veriblər.

Dəstə üzvləri xaricdən aldıqları təlimata uyğun olaraq Azərbaycanda terror aktları planlarını həyata keçirmək üçün "Sepah"dan maliyyə ilə silah alıblar və həmin silahlarla terror aktları planlarını həyata keçirmək istəyiblər.

İsrail səfirliyinə müxtəlif istiqamətdən hücum planı baş tutmayıb

Dəstə üzvləri ABŞ, İsrail və digər Qərb dövlətlərinin dünyada yaşayan müsəlmanlara qarşı işğalçılıq siyasəti aparmasının, İslam dininin əsaslarına təcavüz etməsinin, Peyğəmbəri təhqir etməsinin əleyhinə olublar. Həmin dövlətlərin siyasətinə qarşı çıxaraq, müsəlmanların xeyrinə qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə din uğrunda silahlı mübarizə, yəni "cihad" etmək qərarına gəliblər. Onlar özlərində olan silah-sursatdan istifadə etməklə İsrail səfirliyinə müxtəlif istiqamətlərdən eyni vaxtda hücum etmək barədə razılığa gəliblər. Bu məqsədlə bir neçə dəfə həmin dövlətin səfirliyinin yanında olsalar da, niyyətlərini həyata keçirə bilməyiblər. Sonuncu dəfə səfirliyə planlaşdırdıqları silahlı basqını həyata keçirmək üçün İsrail səfirliyinin yaxınlığına gəlsələr də, dəstənin bütün üzvləri ora gəlməyib. Buna görə də həmin gün baş vermiş cinayət hadisəsini başa çatdıra bilməyiblər. Sonradan məlum olub ki, dəstənin üzvləri Müşfiq Amanov və Vidadi Rəsulov həbs ediliblər.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilən dəstə üzvlərindən silah-sursat və xüsusi olaraq bu cür qanlı aksiyalar üçün nəzərdə tutulan 2 ədəd "şəhid kəməri" aşkarlanaraq götürülüb ("şəhid kəməri" - intiharçı kamikadzelərin özünü partlatmaq üçün bədəninə geyindiyi, partlayıcı qurğu və sursatlarla təchiz edilmiş kəmərdir).

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Əli Kərəki Məhəmməd 15 il, Əli Nəciməddin Hüseyn 15 il, Müşfiq Amanov 13 il, Əfqan Balaşov 12 il, Vidadi Rəsulov 14 il, Cavid Məmmədov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hazırda elan olunmuş hökmdən müdafiə tərəfi apellyasiya şikayəti verməyə hazırlaşır. Müdafiə tərəfi hesab edir ki, müdafiə etdikləri şəxslər günahsızdırlar. Onlar apellyasiya şikayətində bəraət hökmü çıxarılmasını istəyirlər. Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsi bu işə baxacaq.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"NABUCCO" ətrafinda siyasi hesablar tam dəqiqləşməyib

Qarabağ Münaqişəsinin Tənzimlənməsinə dair İctimai Şuradan prezidentə təklif

Azərbaycan mətbuatının neçə yaşı var?

Almaniya yığması Bakıya gəlir

Rotterdama ümidlərlə

Bölmənin digər xəbərləri
 
Dəhşətli cinayətin şok detalları
Taksi sürücüsünü xüsusi amansızlıqla qətlə yetirən bacı və qardaş?..

Çin vətəndaşının məhkəməsi başladı
O, həmyerlilərini taxta parçası ilə döyüb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər