Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Tikinti sektorunda yeni böhran gözlənir
Tikinti sektorunda yeni böhran gözlənir
Odur ki, antiböhran tədbirlərinin davamı zəruri sayılır
Cümə, 27.11.2009

A.Akif mətn ölçüsü  

Ölkənin bank sektorunda ciddi risklərin olmadığı deyilsə də, tikinti sektorunda yeni böhranın olacağı istisna edilmir. Menecmentin inkişafı üzrə beynəlxalq institutun ekspertləri bildirirlər ki, indi əsas diqqət bu risklərdən qorunmaq və təhlükəsiz çıxış yolları tapmaqdan ibarətdir. Doğrudur, hökumətlər tərəfindən iqtisadiyyatın dəstəklənməsi tədbirləri həyata keçirilib. Amma şirkətlər bundan sonrakı hədəfləri müəyyən etməkdə çətinlik çəkir. Azərbaycanda da vəziyyətin həssas olduğunu bəyan edən mütəxəssislər növbəti böhranın tikinti sektorundan başlanacağını vurğulayırlar.

Bu məsələyə münasibət bildirən daşınmaz əmlak bazarı mütəxəssisi Nüsrət İbrahimov xatırladır ki, qlobal böhranın ilk mərhələsində ən böyük zərbə tikinti sektoruna dəydi. Belə ki, ölkənin tikinti sektorunda müşahidə edilən tənəzzül işsizlik problemində özünü nəzərə çarpdırdı. Həmin dövrdə tikinti sektorunun bəzi sahələrində işlər tamamilə dayandı, işçilər isə məzuniyyət adı altında evlərinə göndərildi: "Nə qədər işçinin öz iş yerini itirməsi haqqında konkret rəqəm söyləmək çətin olsa da, bu sahədə maaşların düşməsi, yeni layihələrin tikintisinin dayandırılması real faktdır. Bütün bu faktlar tikinti sektorununun böhrana nə qədər həssas bir sahə olduğunu əyani göstərdi".

Müsahibimiz tikinti sektorunda əvvəlki normal vəziyyətin tam bərpa olunmadığını deyir. Çünki əksər tikinti şirkətləri böyük məbləğdə kredit götürüb tikinti işləri görürdülər. Lakin indi onların banklara çıxış imkanları məhduddur. Çünki bankların özündə canlanma o qədər hiss olunmur. Ekspertin fikrincə, tikinti sektorunda, ümumiyyətlə, ölkə iqtisadiyyatında qlobal maliyyə böhranının sonrakı gözlənilən neqativ təsirlərini qabaqcadan azaltmaq və eləcə də ölkədə dayanıqlı iqtisadi inkişafı qorumaq üçün antiböhran tədbirlərinin davam etdirilməsi vacibdir.

Proqnozlara inansaq, tikinti sektorunda durğunluq 2010-cu ilin aprelinə qədər davam edəcək. Cari ilin sonuna qədər tikinti sektorunda böhranın tam aradan qalxacağı gözlənilmir. Bu həm də onunla bağlıdır ki, 2009-cu ilin maliyyə ili sona yaxınlaşır. Büdcədən ciddi ayırmalar həyata keçirilməyəcək.

İqtisadçı Kənan Kərimzadənin fikrincə, böhran illərində dövlətin sahibkarlar, bankirlər və bütövlükdə bütün vətəndaşların yanında olması vacibdir. Hazırda ABŞ və AB ölkələri biznesə yardım etməkdədir. Azərbaycanda da biznesə dövlət yardımlarının əhəmiyyəti artıq ən yüksək rəsmi səviyyədə bəyan edilib. Dövlətin biznes və ya sahibkarlara həm birbaşa, həm də dolayı yardımları yerinə düşərdi. O deyir: "Biz antiböhran konsepsiyasını hazırlayarkən nəzərdə tutmuşuq ki, qlobal böhran nəticəsində maliyyə resurslarının qıtlığı problemi diqqətdən qaçırılmamalı və dolayı yardım metodlarına üstünlük verilməlidir. Bu zaman artıq nağd maliyyə yardımlarına ciddi ehtiyac qalmır. Bununla belə, konsepsiyada nəzərdə tutulduğu kimi, bir sıra hallarda birbaşa yardımlara da ehtiyac var və bu da iqtisadi canlanmaya ünvanlanan tədbirlərin əsasını təşkil edir".

İqtisadçının qənaətincə, tikinti sektorunda müşahidə edilən durğunluğun aradan qaldırılması üçün dövlət sifarişlərinin yerləşdirilməsində yerli tikinti şirkətlərinə üstünlük verilməlidir. "Bu, tikinti sektorunda canlanmanın yaranmasına və yerli tikinti şirkətlərinin maliyyə potensialının artmasına gətirib çıxarar. Paralel olaraq tikinti sənədləşməsi sadələşdirilməlidir. Tikintiyə başlamaq üçün burda kifayət qədər sənəd tərtib etmək lazımdır. Bu isə bir neçə ay vaxt aparır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da bütün sənədləşmə işləri 30 dəqiqəyə həll olunur. Həyata keçiriləcək bu kimi tədbirlər tikinti sektorunda durğunluğu aradan qaldırmağa yardım edər".

Onun sözlərinə görə, qlobal maliyyə böhranının Azərbaycanın kommersiya banklarına və eləcə də tikinti sektoruna neqativ təsir göstərdiyini nəzərə alaraq dövlət büdcəsindən ipoteka kreditləşməsinə ayrılan vəsaitin həcmi ən azı 2 dəfə artırılmalıdır. Bu addımlar atılmasa, tikinti sektorunda vəziyyət bir müddət ağır olaraq qalacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Böhran ilində iqtisadiyyatımız inkişaf edib

Tikinti xaosunun yaratdığı daha bir problem

Bölmənin digər xəbərləri
 
Manat gələn il də sabit qalacaq
Hökumət əmanətləri qızıl və ya dollarla deyil, manatla saxlamağı tövsiyə edir

"Çay gətir, özü də xoruzquyruğu..."
Çayçılığın inkişafı üçünsə daha böyük diqqət tələb olunur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər