Hal-hazırda Ayna qəzetinin 27.11.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 27.11.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Çay gətir, özü də xoruzquyruğu..."
"Çay gətir, özü də xoruzquyruğu..."
Çayçılığın inkişafı üçünsə daha böyük diqqət tələb olunur
Cümə, 27.11.2009

X.Səfərov mətn ölçüsü  

...Lənkəran bölgəsinə çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib. İlk çay fabriki isə Lənkəranda 1937-ci ildə qurulub. Çayın kütləvi istehsalına bundan sonra başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyaları salınıb. 14 çay emal edən, 2 çay çəkən və qablaşdıran fabrik fəaliyyətə başlayıb. Sovet dönəmində 34 min ton çay yarpağı hazırlanırdı. Lənkəran çayı 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb.

İndisə çayçılıq özünün ən çətin günlərini yaşayır. Müstəqilliyin ilk illərində çay plantasiyalarının dağıdılması faktik olaraq bu sahənin geriləməsinə gətirib çıxarıb. Bəs onun keçmiş şöhrətini qaytarmaq üçün nə etməli?

Çayçılığın hazırkı vəziyyətini araşdırmaq üçün "Ayna" bir sıra məqamları nəzərdən keçirib və bu sahədə olan uğurları və ciddi problemləri üzə çıxarıb

SEHRLİ İÇKİ - ÇAY

Konyakdan fərqli olaraq çayı çox saxladıqca "qızıl"a dönmür. Ən yaxşı çay yarpağını belə ən yaxşı şərtlər daxilində bir ildən artıq saxlamaq olmur. Çay keyfiyyətini sürətlə itirir. Tropik ölkələrdə çayı hər üç həftədən bir yığırlar. Əgər hansısa bir səbəbdən çayı vaxtında yığa bilməsələr, məhsul növbəti yığıma qədər sürətlə ucuzlaşır. Bir neçə aydan sonra belə keyfiyyətsiz çay artıq Avropada və Asiyada heç kimə gərək olmur. Odur ki, belə çayları çox ucuz qiymətə alıb iqtisadi vəziyyəti yaxşı olmayan ölkələrə ixrac edirlər.

REKLAM

Orada onu yaraşıqlı qutulara doldurub əsl adı ilə satırlar. Ucuz qiymətə.

Əsl keyfiyyətli çayın 100 qramı 6 manatdan aşağı ola bilməz. Çayın baha olmağının bir neçə səbəbi var. Çay kolu çox ləng böyüyür. Birinci məhsulu dərənə qədər gərək çay sahəsinə uzun müddət qayğı göstərəsən. Yalnız 7-9 ildən sonra çay kolu birinci məhsulunu verir.

Məhsul yığımı da asan prosedur deyil. Çay yığımı zamanı yalnız təzə yarpaqları yığmaq lazımdır. Bu prosesi avtomatlaşdırmaq cəhdi səmərə verməyib. Maşınla yığılanda köhnə çay yarpaqları da dərilir və məhsulun keyfiyyətini aşağı salır. Çayı əllə ən yaxşı yığan işçi gün ərzində və çox gərgin əməkdən sonra 10 kiloqram çay yarpağı yığa bilər.

BƏDBİN STATİSTİKA

Lənkəranın sosial-iqtisadi inkişafına həsr olunmuş 2009-cu ilin 9 ayının hesabatında göstərilir ki, məhsul yığımı dövründə 65 ton yaşıl çay yarpağı istehsal edilib. 2008-ci ildə isə Lənkəranın çay plantasiyalarından cəmi 74 ton məhsul yığılıb. Bu isə 2007-ci illə müqayisədə 53 faiz azdır. Statistik göstəricilərə əsasən 2006-cı ildə rayonda 311 ton çay yarpağı tədarük olunduğu halda, 2007-ci ildə istehsalın həcmi iki dəfə aşağı düşərək 157 ton olub. Çayçılıq təsərrüfatlarımız bax bu cür bədbin rəqəmlər üzərində var-gəl etməkdədir. Halbuki vaxtilə Lənləranda 17 min ton yaşıl çay yarpağı tədarük olunurdu. Bundan da 4,5 min ton quru çay istehsal edilirdi.

Hazırda Azərbaycan çaya olan tələbatının 95 faizini xarici məhsullar hesabına ödəyir. İstehsalçılar bildirirlər ki, vaxtı ilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Başqa bir rəqəm: hər il ölkədə 16 min ton çay içildiyi halda, onun cəmi 320 tonu yerli çaydır. Qalanı xaricdən gətirilir.

ÇAYÇILIĞIN PROBLEMLƏRİ

Fərman Quliyev Azərbaycan və Qafqaz Çay Assosiasiyasının prezidenti, elmlər doktoru, professordur. Ömrünün 50 ilini çayçılıq elminə həsr edib. "Ayna" ilə söhbətdə bildirdi ki, çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməlidir. Bu kreditlər 15-20 ili əhatə etməlidir. Çünki bir hektar sahədə çay plantasiyası salmaq 6-7 min dollara başa gəlir.

"Çay starteji əhəmiyyətli, gündəlik istifadə olunan bitkidir. İnsanların tələbatı üçün vacib olan bitki kimi onun inkişafı da vacibdir", - deyə Fərman müəllim bildirir. Bir sıra bədbin rəylərə rəğmən professor hesab edir ki, Azərbaycanın təbii iqlim şəraiti yüksək keyfiyyətli, dünya standartlarına uyğun çay yetişdirməyə tam imkan verir.

"Bizdə pis çay yoxdur, pis çay istehsal edən, yığan, onu emal edən, saxlayan və pis çay dəmləyən var" - bu sözləri Fərman müəllim deyir və bir neçə gün öncə Hindistandan Lənkərana çayçılığın perspektivləri ilə tanış olmağa gələn hindli mütəxəssislərə Azərbaycan çayının necə əla çay olduğunu sübut etməyindən fərəhlə danışır.

Onun sözlərinə görə, hind çayının yarpağında 28-30 faizə qədər tanin maddəsi var.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Lənkəran 5000 turist gözləyir

Bu gün orkestr var, bəs 5 ildən sonra necə olacaq?

Xalid Səid zamanın yaddaşından silinməyəcək

Cənub narkotrafikində hərəkətlilik

Bölmənin digər xəbərləri
 
Manat gələn il də sabit qalacaq
Hökumət əmanətləri qızıl və ya dollarla deyil, manatla saxlamağı tövsiyə edir

Tikinti sektorunda yeni böhran gözlənir
Odur ki, antiböhran tədbirlərinin davamı zəruri sayılır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər